Yuxarı

Yeni dövlətlər yaranacaq – Mühüm proqnoz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya referendumunun nəticələri Avropanın, hətta dünyanın siyasi, iqtisadi, ictimai xəritəsini dəyişdirəcək, ciddi təsirləri olacaq, hətta "domino" effekti yaradacaq.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib. O, Britaniya referendumunda AB-yə "yox" deyənlərin səs çoxluğunu immiqrantlarla bağlı siyasətlə əlaqəndirib:

"AB əvvəl "kömür və metal" birliyi kimi yarandı, Almaniya və Fransanın bir daha müharibə etməyəcəkləri üzərində inşa olundu. İlk vaxtlar Avropa dəyərlərini önə çıxartdılar, sonra isə hər bir dövlətin təbii maraqları irəli çıxdı. Daha bir səhv addım o idi ki, Şimali Avropa dövlətlərinin inkişaf tempinə və dəyərlər sisteminə uyğun olmayan Cənubi Avropa ölkələrini də tələsik bu birliyə qoşdular, bunun iqtisadi nəticələrini sona qədər hesablaya bilmədilər. Bu gün Yunanıstan, Kipr, İtaliya, İspaniya kimi ölkələrdə olan iqtisadi problemlər həmin səhv hesablamaların nəticəsidir. Avrozonaya daxil olan Cənubi Avropa ölkələri iqtisadi çətinlik zamanı effektiv yol olan öz milli valyutalarının devalvasiya edilməsi yolundan məhrum oldular. Bu gün Yunanıstan avrozonada olmasaydı, öz keçmiş milli valyutalarını dəyərdən salmaq yolu ilə bir çox problemlərini həll edə bilərdi. Təbii ki, AB Yunanıstana böyük dəstək də verir, ancaq həmin kreditlərin geri dönüşü mümkün görünmür. Bu gün Yunanıstanın xarici və daxili borcu ÜDM-nin ikiqatı səviyyəsindədir. Bundan sonra 100 il də keçsə, yunanlar bu borcu qaytara bilməyəcəklər. AB borc verməklə həm də öz istehsalçılarına dəstək olurdu ki, yunanlar həmin kreditə, məsələn, Almaniya istehsalı olan avtomobillər alırdılar, dolayısı ilə, həmin vəsait elə Almaniyaya qayıdırdı.

Son illər yaranan immiqrant problemi, anti-müsəlman söyləmləri AB ölkələrində yenidən millətçiliyi artırdı".

Ekspert Böyük Britaniyanın AB-dən çıxmasının iqtisadi nəticələrinin çox böyük olacağını qeyd edib:

"Breksitdən sonra hələ 10-15 gün dünya iqtisadiyyatı bunu "həzm" etməyə çalışacaq və nə baş verdiyini tam anlayana qədər dünya birjalarında böyük dalğalanmalar olacaq. İyulun əvvəlinə bu panika səngiyəcək, vəziyyət daha soyuq başla dəyərləndiriləcək. İlk olaraq ən böyük zərbə elə Britaniyaya dəyəcək, funt dəyərdən düşəcək (bu, Britaniya üçün orta və uzun vədədə heç də pis deyil), Londondan böyük şirkətlərin və bankların nümayəndəlikləri kontinental Avropaya köçəcək, Londonun dünyanın maliyyə mərkəzi statusuna ciddi zərbə dəyəcək. Amma Britaniya ilə AB-nin "boşanma" sürəci 5-8 il çəkəcək, yəni iqtisadi əlaqələrə ziyan tədricən dəyəcək. Dünyanın valyuta ulduzu yenidən dollar olacaq, bu da əmtəələrin (neft, əlvan və qara metallar, bir tək qızıldan başqa, qızıl "güvənli liman" rolu oynayacaq) qiymətinin enməsinə ciddi təsir göstərəcək".

İqtisadçı bununla da AB ölkələrində "mərkəzdənqaçma" proseslərinin sürətlənəcəyini, Avropnın öz dəyərlərini unudub daha da millətçi və radikal siyasi qrupların təsiri altına düşəcəyini açıqlayıb:

"Bu, daha böyük təhlükədir, AB ölkələri bunun qarşısına keçə bilməsələr, ciddi paradiqma dəyişikliyi baş verəcək".

N.Cəfərli hesab edir ki, çıxış yolu kimi Avropa dəyərlərinə geri dönüş olmasa, daha sıx birlik modeli qurulmasa, AB-nin ideyası tənəzzülə uğrayacaq:

"Birincisi, AB "yüksək" və "birinci" liqaya bölünməli, Şimali Avropa dövlətləri ayrıca bir birlik yaratmalı, Cənubi Avropa və keçmiş post-sovet dövlətlərinin isə ayrıca birliyi olmalı, hər iki birlik arasında ciddi koordinasiya olmalıdır.

İkincisi, daha məntiqli, ağıllı yol yeni superdövlətin - Avropa Birləşmiş Dövlətlərinin (ABD) yaranmasıdır. Bu dövlətin ümumi parlamenti, ümumi hökuməti, ümumi bank-maliyyə siyasəti, ümumi ordusu və təhlükəsizlik xidmətləri olmalıdır. Parlament və hökümət birbaşa seçkilərlə formalaşdırılmalı, ümumavropa partiyaları yaranmalıdır. Bu partiyalar da məhz dəyərlərinə görə seçilməli, məhz dəyərlər üzərindən səs qazanmalıdır. Bir sözlə, 2-ci böyük supergüc yaranmasa, Avropaya da, əsrlərlə yaratdığı dəyərlərə də yazıq olacaq".

Qeyd edək ki, ötən gün Britaniyanın AB-dən çıxmasına dair referendum keçirilib. Seçicilərin 52%-i çıxmağa, 48%-i isə AB-də qalmağa səs verib.

Tarix
2016.06.24 / 16:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla