Yuxarı

Aprel döyüşü ordumuzun qüdrətini sübut etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 23-də Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və icra hakimiyyətlərinin əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak ediblər.

Axar.az xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, döyüşlərdə şəhid olmuş əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək bildirib ki, sovet dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağırılsalar da, onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil edib. Daha sonra Ulu Öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına, hərbi təhsil almasına nail olub.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi. Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ordu quruculuğuna yalnız 1993-cü ildən, Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra başlamaq mümkün olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. Bu kimi tədbirlər kadr hazırlığının təkmilləşdirilməsidə əvəzsiz rol oynayıb.

Malik İsaqov qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələrində quruculuq prosesi davam etdirilir, ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Azərbaycan Ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də işğal olunmuş ərazilərimizi qısa müddətdə düşməndən azad etməyə qadirdir. Yaxın gələcəkdə torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq.

Tədbirdə Füzili Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Qubadlı rayon ağsaqqalları adından Şükür Bərxudarov və Nəriman Həmidov çıxış edərək, Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabitləri təbrik ediblər.

Sonda konsert proqramı nümayiş etdirilib.

Tarix
2016.06.25 / 00:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla