Yuxarı

"Azərbaycana investisiya yatırmaqda maraqlıyıq"

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk iş adamları Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, bu fikir iyunun 24-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) sədri Cəlil Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı səsləndirilib.

Ölkəmizin bütün sahələrdə, o cümlədən iqtisadi sferada qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrə xüsusi önəm verdiyini qeyd edən Gömrük Komitəsinin sədri gələcəkdə qarşılıqlı münasibətlərin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı.

DGK sədri Aydın Əliyev dünyada baş verən son iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini minimuma endirmək məqsədilə biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha da səmərəli və şəffaf şəkildə qurulması istiqamətində xüsusi tədbirlərin həyata keçirildiyini qonaqların diqqətinə çatdırıb. Komitə sədri gömrük işinin səmərəli təşkili sahəsində görülən işlərdən bəhs edərək, müasir dünyanın çağırışlarına cavab verən qanunvericilik bazasının hazırlanıb həyata keçirilməsi, informasiya texnologiyalarının tətbiqi və maddi-texniki bazanın dünya standartları səviyyəsində qurulması, kadrların potensialının artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Aydın Əliyev Dövlət Gömrük Komitəsinin daim sahibkarlarla, o cümlədən türk iş adamları ilə görüşlər keçirdiyini və bu kimi tədbirlərin, keçirilən ikitərəfli görüşlərin, aparılan müzakirələrin gömrük-biznes əməkdaşlığının, sahibkarlıq mühitinin inkişafına mühüm töhfə verdiyinə əminliyini ifadə edib.

Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin sədri Cəlil Polat son dövrlərdə biznes mühitinin və sahibkarlıq fəaliyyətinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatları dəstəklədiklərini və bu islahatların türkiyəli iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb və qeyd edib ki, Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar türkiyəli iş adamları ölkəmizə investisiya yatırmağa, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılmasında öz töhfələrini verməyə maraqlıdırlar və bu istiqamətdə TÜSİAB müvafiq tədbirlər həyata keçirir.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Tarix
2016.06.25 / 01:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla