Yuxarı

Zaqatalada xəstəxanada 5 aylıq körpə öldü

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayon mərkəzi xəstəxanasında 5 aylıq uşaq dünyasını dəyişib.

Ölən körpənin atası, Zaqatala rayonu, Muxax kənd sakini Seyfulla Laçınovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, 2016-cı ilin, 15 yanvar tarixində doğulmuş körpəsi Səlimin qarın boşluğunda olan ağrılarla əlaqədar 22 iyun, saat 17 radələrində onu Zaqatala rayon mərkəzi xəstəxanasında gətirib.

Müayinə olunan zaman həkimlər körpədə bağırsaq keçməzliyi olduğunu bildiriblər. S.Laçınovun sözlərinə görə, həkim-cərrah Aslan Məmmədovla söhbəti zamanı uşağı Bakıya aparmaq istədiyini bildirib. Lakin həkim buna ehtiyacın olmadığını deyib.

İyunun 23-də uşağın vəziyyətinin pisləşdiyini görən həkim əməliyyat qərarı verib. Əməliyyatdan sonra körpənin vəziyyəti pisləşib və o, saat 21:30 radələrində keçinib. Uşağın valideynləri hadisədə həkimi təqsirli hesab edir. Həkim Aslan Məmmədov, öz növbəsində, bildirib ki, valideynlər uşağın vəziyyəti barədə əvvəlcədən məlumatlandırılıb, Seyfulla Laçınovdan müvafiq razılıq alınıb.

Tarix
2016.06.25 / 01:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla