Yuxarı

Azərbaycan həkiminin dəhşətli səhvi dünya mediasında - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həkimin şəkərli diabet xəstəsi 82 yaşlı Tərlan Əliyevanın qanqrena olan sol ayağı əvəzinə sağlam olan sağ ayağını kəsməsi beynəlxalq medianın da diqqətini çəkib.

Axar.az xəbər verir ki, Türkiyənin NTV, "Haberler.com" və Rusiyanın "Ria Novosti", "Lenta.ru" kimi nüfuzlu media orqanları məsələyə geniş yer verərək, sensasiyalı hadisəni oxucularına çatdırıb.

Oxucular isə şərhlərində hadisəni törədən həkimi lənətləyiblər.

Qeyd edək ki, şəkərli diabet xəstəsi Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın ötən gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində 60 yaşlı cərrah həkim Valeh Kərimov tərəfindən əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. Valeh Kərimov sensasiyalı hadisəyə cavab verib və səhvən sağlam ayağı kəsdiyini etiraf edib.

Tarix
2016.06.25 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla