Yuxarı

Sağla solu səhv salan həkim istintaqa ifadə verdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xəstənin ayağını səhv kəsən həkim istintaqa çağırılıb.

Bu barədə APA-ya həkim-cərrah Valeh Kərimov özü məlumat verib. O qeyd edib ki, bu gün Yasamal Rayon Prokurorluğuna dəvət edilərək ifadəsi alınıb: "İstintaqa hər şeyi olduğu kimi dedim. Bu iş hər bir həkimin başına gələ bilər. Əvvəlcədən nə isə demək istəmirəm. Məsələni hüquq-mühafizə orqanları araşdırır. Araşdırmanın nəticəsini də biləcəksiniz".

Qeyd edək ki, hadisə ilə bağlı Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Araşdırma zamanı toplanmış materialda T. Məmmədovanın sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə, yoxlamalar aparılır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.06.25 / 15:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla