Ana səhifə Planet |
Şotlandiyanın Baş naziri Nikola Sturcenin Böyük Britaniyanın AB-dən çıxması barədə referendumun nəticələrindən sonrakı toplantıda çıxışının daha geniş mətni yayılıb.
Axar.az BBC-yə istinadla xəbər verir ki, Şotlandiya Milli Partiyasının lideri xanım Sturcon Şotlandiya parlamentinin üzvlərini Breksitə razılıq verməməyə çağıracaq.
129 yerlik parlamentdə 63 deputatı olan partiyaya rəhbərlik edən Sturcenin sözlərinə görə, məsələ Şotlandiyanın mənafelərinə uyğun həll edilməlidir.
Nikola Sturcen bildirib ki, Şotlandiyanın 2014-cü ildə tərkibində qalmağa səs verdiyi Britaniya artıq mövcud deyil. O deyib ki, Şotlandiya hökuməti ölkəni qorumaq üçün istənilən addımı atacaq.
Şənbə günü keçirilmiş Şotlandiya hökumətinin görürüşündə növbəti müstəqillik referendumuna ilkin hazırlıqların görülməsi barədə də razılığa gəlinib. Keçirilmiş ən son sorğunun nəticələrinə görə, iştirakçılardan 52 faizi müstəqilliyə səs verəcəyini bildirib.
Şotlandiyada 2014-cü ildə keçirilmiş müstəqilliyə dair referendumda seçicilərin əksəriyyəti Britaniya tərkibində qalmağa səs vermişdi.
Tarix
2016.06.26 / 16:10
|
Müəllif
Axar.az
|