Yuxarı

Ordu hər an döyüşə hazırdır - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət və ordu quruculuğu prosesi ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılıb. 1991-ci il sentyabrın 7-də sovet ordusunun burada yerləşən hərbi hissəsinin bazasında Naxçıvan Müdafiə Komitəsi yaradılıb, 1992-ci il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında" Qərar qəbul edilib. Həmin ilin oktyabr ayının 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilib.

1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilib. Ümummilli lider Heydər Əliyev həmin dövrü xarakterizə edərək deyib: "1990-1991-ci illərdə Naxçıvanın torpaqlarını qorumaq, Ermənistanın hərbi təcavüzünə cavab vermək üçün bizim ilk addımlarımızdan biri Naxçıvanda Müdafiə Komitəsi yaratmaq oldu. Bununla da, biz Naxçıvanda mütəşəkkil Silahlı Qüvvələr yaratmaq prosesinə başladıq".

Tarixdən də görürük ki, güclü dövlətlərin hər biri, adətən, müstəqilliyinin ilk illərində müəyyən sınaqlarla qarşı-qarşıya qalırlar. Maraqlıdır ki, bu sınaqlar həm də həmin dövlətlərin güclənməsi yolunda yeni mərhələnin başlanmasına rəvac verir. Bu gün regionun ən qüdrətli dövləti olan Azərbaycan da müstəqilliyinin ilk illərində çox ciddi çətinliklərlə qarşılaşıb. Həmin illərdə anarxiya, siyasi hərc-mərclik və özbaşınalıq hökm sürüb. Yaranmış xaotik vəziyyətdən istifadə edən xarici və daxili düşmənlər daha da fəallaşıblar. Ölkəmizdəki ayrı-ayrı silahlı qruplaşmalar isə düşmənə qarşı müqavimət göstərmək əvəzinə, məxsus olduqları şəxslərin maraqlarına xidmət ediblər. Vahid komandanlığın olmaması vəziyyəti daha da ağırlaşdırıb. Belə bir vəziyyətdə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə Naxçıvandan Bakıya – ali hakimiyyətə qayıdıb. Mövcud silahlı birləşmələr vahid komandanlıqda birləşdirib. Ciddi struktur və kadr dəyişiklikləri həyata keçirib. MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin Vətənə qayıtması təmin olunub. Bununla da, ordu quruculuğunda yeni mərhələnin əsası qoyulub.

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin dinamik inkişafı ordumuzun büdcəsinin artmasına və nəticə etibarilə, güclənməsinə şərait yaradıb. Ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, hərbçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Müasir döyüş texnikaları ilə təchiz edilmiş Azərbaycan Silahlı Qüvvələri hazırda yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir.

Ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Ali Baş Komandan İlham Əliyev Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının "Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2013-cü il dekabrın 18-də imzaladığı Fərmana əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması ilə birlikdə Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaranıb.

Ölkə Prezidenti İlham Əliyev Əlahiddə Ümumqoşun Ordusunun yaradılması barədə danışarkən deyib: "Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır".

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunub, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib. Qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvan bu gün etibarlı müdafiə olunur.

İstənilən halda hər bir ordunun gücü iki halda müəyyən edilir. Birincisi, müharibədə, digəri isə genişmiqyaslı hərbi təlimlərdə. Bu il iyunun 20-də Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun döyüş atışlı taktiki təlimində də muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrin döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının yüksək səviyyədə olduğu bir daha öz təsdiqini tapıb.

Təlimdən sonra şəxsi heyətlə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: "Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Əlahiddə Ümumqoşun Ordusu və Silahlı Qüvvələrimizin muxtar respublikadakı digər birləşmə və hissələri böyük təşkilatlanma və quruculuq yolu keçmiş, şəxsi heyət peşəkarlığını artırmışdır. Ordunun döyüş qabiliyyətinin və şəxsi heyətin peşəkarlığının artırılmasında hərbi təlimlərin mühüm rolu var. Torpaqlarımızın işğal altında, ölkəmizin isə müharibə şəraitində olması hərbi təlimlərin planlı keçirilməsini, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin yüksəldilməsini zərurətə çevirib. Bugünkü hərbi təlimlər bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı uğurla yerinə yetirmək qüdrətindədirlər. Bu isə müasir ordu üçün ən vacib keyfiyyətdir".

Bu gün hər birimiz Azərbaycan Ordusunun gücü, qüdrəti ilə fəxr edirik. Ordumuzun bu il aprelin əvvəllərində düşmənin təxribatlarının qarşısını almaq üçün həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar hər birimizdə qürur hissi yaradıb. Müstəqil Azərbaycanın inkişafı, ordumuzun qüdrəti və ölkəmizdə xalq-ordu birliyinin möhkəmliyi deməyə əsas verir ki, Silahlı Qüvvələrimiz işğal altındakı torpaqlarımızı geri qaytarmaq qüdrətindədir. Muxtar respublikanın hakim yüksəkliklərində etibarlı müdafiə sistemi quran Əlahiddə Ümumqoşun Ordusu da düşməni nəzarətdə saxlayır və istənilən təxribatlara adekvat cavab verir. Ətrafdakı ərazilərə maneəsiz nəzarət edən Əlahiddə Ümumqoşun Ordusu bu gün bütün döyüş tapşırıqlarını layiqincə yerinə yetirməyə tam qadirdir.

Tarix
2016.06.26 / 16:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla