Yuxarı

Çətin vəziyyətə düşən Tiflis Bakıya müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü leysan yağışlarından sonra Gürcüstan ilə Rusiyanı birləşdirən "Hərbi Gürcüstan" yolu bağlanıb.

ANS-in məlumatına görə, bu yolun üzərindəki Devtoraki və Terek çayları öz məcrasından çıxıb. Nəticədə torpaq sürüşməsi baş verib, bəzi ərazilərdəki körpülər dağılıb, yol infrastrukturuna ciddi ziyan dəyib. Daryal dərəsində vəziyyət daha acınacaqlıdır, burada yolun 1 kilometrdən çox hissəsi tam dağılıb.

Gürcüstan Baş nazirinin birinci müavini, İqtisadiyyat naziri Dmitri Kumsişvili, Daxili İşlər naziri Georgi Mqebrişvili, Regional İnkişaf və İnfrastruktur naziri Nodar Cavaxişvili və digər rəsmi şəxslər təbii fəlakət baş verən ərazidə olublar.

Gürcüstan rəsmilərinin və ekspertlərin fikrincə, yolun tam bərpası üçün ən azı üç həftə vaxt lazımdır. N.Cavaxişvili deyib ki, Devtoraki və Terek çaylarını öz yataqlarına qayıtmadan yolun bərpasına başlamaq mümkün deyil. Bölgədə isə yağışlar davam edir.

Hazırda Kazbeqi-Yuxarı Lars sərhəd-keçid məntəqəsində 100-dən çox ağır tonnajlı yük maşını dayanıb. Gürcüstan hökuməti yük maşınlarının dəniz vasitəsilə Rusiyaya və digər ölkələrə getməsinə çalışır. Lakin vəziyyət belə davam edərsə, həmin yük avtomobillərinin Azərbaycan ərazisindən keçməklə Rusiyaya gedəcəyi bildirilir. Gürcüstan rəsmilərinin sözlərinə görə, hazırda bununla əlaqədar Azərbaycan tərəfi ilə də danışıqlar aparılır.

Tarix
2016.06.26 / 17:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla