Hindistan əhalinin sayına görə dünyada ilk yerdədir - BMT
00:27
Ana səhifə Planet |
İsveçlilərin böyük bir qismi Avropa Birliyinin saxlanılmasının tərəfdarıdır.
Axar.az xəbər verir ki, bu nəticə TNS Sifo təşkilatının keçirdiyi sorğudan sonra əldə olunub. Sorğu iştirakçılarının 56%-i ölkənin AB-dən çıxması ilə bağlı referendumun keçirilməsinə əleyhdarı olduğunu bildirib. Buna rəğmən respondentlərin 52%-i AB-nin siyasətini dəstəkləmədiyini ifadə edib.
Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniya əhalisi Avropa Birliyindən çıxmağa səs verib.
Britaniyadan sonra bir sıra ölkələrdə avroskeptiklər akvtivləşiblər. Bu aktivlik xüsusilə Fransa, Avstriya və Finlandiyada müşahidə edilib.
Tarix
2016.06.26 / 18:34
|
Müəllif
İlkin Həsənov
|