Yuxarı

Mən susmağa borclu deyiləm

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Açığını deyim ki, məni bu saat qətiyyən o maraqlandırmır ki, görüşdə kim olub, kim olmayıb, Nalbandyanın yeri içəri girən kimi sağda olub, solda olub, yoxsa dalda olub. Məni heç o da maraqlandırmır ki, ümumiyyətlə o görüşə revizor baxışlarının nə qədər yeri var və ya yersizdir, əsas odur ki, Novruz Məmmədovun dediyi məsələ-problemin mərhələli həlli Azərbaycanın rəsmi mövqeyidir və Bakı bu dəfə də o prinsipial mövqeyini ortaya qoyub.

Yəni bunu deməklə Novruz Məmmədov heç də Amerika açmayıb, yenilik etməyib, elə Prezident İlham Əliyev də dünən bu mövqeyə sadiqliyini növbəti dəfə elan etdi. Əks halda da biz bilirik ki, başqa çıxış yolu yoxdur və biz onun artıq dəfələrlə şahidi olmuşuq, təcrübədən keçirrmişik. İndi isə Novruz Məmmədovun danışıqların məzmunu barədə kifayət qədər yığcam və informativ, soyuqqanlı açıqlamasına rəqqasələr arasında ən yaxşı press-sekretar Zaxarovanın başından böyük şərhi barədə.

Mən ondan sitat gətirib növbəti dəfə Novruz Məmmədovun layiq olmadığı ifadələri ondan fərqli olaraq ağzıma almaq istəmirəm. Amma elə məsələlər var ki, ona mütləq münasibət bildirməliyəm. Əvvəla, etik qaydalar var. Yəni Prezident Adminstrasiyası rəhbərinin müavini Xarici İşlər Nazirliyinin mətbuat katibindən ranqa görə daha yüksək dövlət adamıdır və onun haqqında o tonda danışmaq nə tərbiyəyə, nə də siyasi əxlaqa sığır.

Bəlkə Zaxarovaya elə gəlirdi ki, o, Rusiyanın hansısa şəhərinin sıradan bir çinovnikindən bəhs edir, amma Novruz Məmmədov müstəqil ölkənin prezident adminstrasiyası rəhbərinin müavinidir. Bir dövlətin hörmət və ehtirama layiq diplomatıdır. Özü də Novruz Məmmədov çıxışında heç kimi təhqir etməyib, yaxşısına, pisinə hər hansı ad çəkməyib. Sadəcə, görüş barədə bunları deyib…

Lakin kor atın kor nalbəndi və ya Nalbandayanı olar deyiblər. Görünür, imperiya təfəkkürü Rusiyada hələ məmurların hamısının başından çıxmayıb. Gərək kimsə Zaxarovaya da yerini göstərsin. Başa salsın ki, bu qəzəb və hikkənin səbəblərini yaxşı bilirik. Bizim də məlumatlı mənbələrimiz, Rusiyada Ermənistanı istəyən qüvvələr olduğu kimi bizim də tərəfdarlarımız var, onlar da bəzi məlumatlar sızdırırlar.

Ola bilsin ki, Novruz Məmmədov bu barədə susa bilər, amma şəxsən mən susmağa borclu deyiləm. İstəyirsiniz, bir sual verim və bu sualın cavabını axtarın. Son görüşdə Vladimir Putin Serj Sarkisyana hansı tapşırığı verib və Sarkisyan bu müraciətin qarşısında nə cavab verib, niyə Putin deyib ki, çağırarıq onları Moskvaya və başa salarıq…

Hansı mövzudan söhbət gedirdi və Sarkisyan kimdən qorxurdu? Danışıqların sirridi, düzdür? Amma bilirik ki? Və nəhayət Novruz Məmmədov nəyi doğru deməyib? Axı Zaxarova bir dəfə də olsun demir ki, Novruz Məmmədov düz demir və ya yalan danışır. Novruz Məmmədov ona görə tərbiyəsizcəsinə tənqid edilir ki, görüşün təfərrüatları barədə danışıb. Başa düşürük. Hər şey istənilən kimi deyil.

Və əsas odur ki, bütün bu proseslər Azərbaycan ordusunun irimiqyası təlimləri fonunda baş verirdi. Deməli, Zaxarovanın dedikləri də, demədikləri də, boş şeydir. Biz çoxdan başa düşmüşük ki, hər şeyi güc həll edir. Gücün yoxsa, hansısa ağzı, burnu və ola bilsin ki, başqa yeri göyçəklər sənin üstünə ayaq açacaqlar. Ayaq da açıldı vəssəlam.

Bizim öz rəqsimiz var. Əgər kalinka-malinkalar sümüyümüzə düşmürsə, buna görə bizim sümüklərimiz barədə pis fikrə düşmək lazım deyil… Novruz Məmmədov isə doğrusunu deyirdi…

Tarix
2016.06.26 / 23:38
Müəllif
Mir Şahin
Şərhlər
Digər xəbərlər

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

O nə Dəsmal idi, İlahi?

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Bu gəlinbacını Bakıya göndərənlər nə düşünür?

Erməni xüsusi xidməti Bakıda qızı necə ələ keçirdi? – Şok

"Həmkarlar", təcili dırnaqdan çıxın!

Şahbazı o cür danışdırıb, düşmənə fürsət verənlər...

Ukraynanı bu hala salanlar, görün, nələr edəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla