Yuxarı

Millət vəkili: “Türkmanlar təhlükədədir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva Avropa Şurasının baş katibinə Suriya və İraq türkmanlarının çağırışını çatdırıb və onların taleyinə biganə qalmamağa səsləyib.

Axar.az xəbər verir ki, AŞ-nin baş katibi T.Yaqland AŞPA sessiyasında Liberal Qrupun toplantısında millət vəkillərinin suallarını cavablandırıb.

Deputat on minlərlə Suriya və İraq türkmanının çox böyük faciələrlə üz-üzə olduğunu diqqətə çatdırıb:

"Onlar AŞPA, Avropa qurumları və ölkələrindən daha çox dəstək gözləyirlər. Mən sizi İraq və Suriya türkmanlarına dəstəyə çağırıram. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmadan ortaya çıxan ağır vəziyyəti önləmək mümkün deyil. Bu səbəblərlə mübarizə sərt olmalıdır".

T.Yaqland Q.Paşayevanın fikirləri ilə razılaşıb və deyib ki, AŞ baş katibi təşkilat rəsmisi kimi bu məsələlərlə bağlı səylərini daha da artıracaq.

Tarix
2016.06.27 / 12:32
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla