Yuxarı

Qızıl kəskin bahalaşacaq – Ekspertlər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal iqtisadiyyatın yavaşlaması, Breksitin mənfi nəticələri, inkişaf etmiş ölkələrdə uçot dərəcəsinin aşağı salınması kimi fundamental səbəblər qızılın qiymətinin 2016-cı ilin sonuna qədər 1 500 dollar/unsiya həddini keçməsinə səbəb ola bilər.

Report xəbər verir ki, B.Britaniyada keçirilən referendum onsuz da ehtiyatlı davranan investorları daha da təmkinli olmağa məcbur edib və nəticədə, risksiz aktiv kimi tanınan qızıla tələbatı artırıb. Belə ki, məhz iyunun 24-də Breksitin nəticələri məlum olan kimi qızıl 100 dollardan çox və ya 8,1% bahalaşaraq 1 355 dollar/unsiyaya qədər yüksəlib.

"Value View Gold Report" araşdırma şirkətinin direktoru Ned Şmidtin (Ned Schmidt) sözlərinə görə, Breksit həyatda bir dəfə baş verən hadisələrdəndir. Bu hadisə qızıla investisiya qoymaq istəməyənlərin fikrini tam dəyişib. O, qızılın unsiyasının bu il 1 400 dollar, gələn il isə 1 900 dollara qədər yüksələcəyini proqnozlaşdırır.

"ThinkForex" investisiya şirkətinin baş analitiki Naim Aslamın fikrincə, Avropa İttifaqında digər ölkələr də B.Britaniyanın yolu ilə gedə bilər, bu da Avropada vəziyyəti gərginləşdirəcək. Bunu nəzərə alaraq, o, qızılın unsiyasının bu il 1 500 dollara qədər artacağını ehtimal edib.

Bəzi analitiklər düşünürlər ki, maliyyə bazarlarındakı çaxnaşmaya yalnız qızıl tab gətirə bilər. Uzunmüddətli perspektivdə isə qızıl yalnız risksiz aktiv deyil, o cümlədən devalvasiyaya uğrayan valyutalara qarşı gückü təminat olacaq.

"EverBank World Markets" maliyyə xidmətləri şirkətinin prezidenti Kris Qafninin (Chris Gaffney) sözlərinə görə, hazırda dünya bazarlarında əsas problem "Lehman Brothers" dövründə olduğu kimi likvidlik çatışmazlığı ilə bağlıdır. Belə ki, iyunun 24-də dünyanın inkişaf etmiş ölkələrinin mərkəzi bankları zərurət olduğu halda bazara likvidlik verəcəklərini bildirib. K.Qafni həmçinin bildirib ki, İngiltərə Mərkəzi Bankı (BoE) və Avropa Mərkəzi Bankı (ECB) uçot dərəcələrini aşağı sala bilər. O xatırladıb ki, dünya iqtisadiyyatı uzun müddət aşağı faizlərin mövcud olacağı tsiklə qədəm qoyur. Aşağı faizlər və yüksək likvidlik isə qızılın qiymətinin artmasını qaçılmaz edir.

Tarix
2016.06.27 / 14:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla