Yuxarı

Türkiyə-İsrail yaxınlaşması: Baş nazirlər açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və İsrailin baş nazirləri iki ölkə arasında ötən gün Romada baş tutan görüşdə əldə olunan razılıqlarla bağlı açıqlamalar veriblər.

Axar.az xəbər verir ki, qardaş ölkənin Baş naziri Binəli Yıldırım iki ölkə arasında razılaşmanın artıq paraflandığını, sabah Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri ilə israilli həmkarı arasında sənəd imzalanacağını bildirib.

APA-nın məlumatına görə, imzalanmadan sonra sənəd Türkiyə Böyük Millət Məclisi və müvafiq olaraq İsrail Nazirlər Kabineti tərəfindən ratifikasiya olunacaq, bununla da iki ölkə arasında münasibətlərin normallaşması prosesi rəsmən başlamış olacaq.

"Sənəd ratifikasiya olunandan sonra hər iki ölkənin səfirlərinin fəaliyyəti aktivləşdiriləcək. 2010-cu ildən başlayan böhranın həllinin bu qədər uzun sürməsinin səbəbi Fələstinlə əlaqədardır. Biz Fələstin məsələsində də nəticələr əldə olunmasının tərəfdarı olmuşuq. Razılaşmada da bununla bağlı müddəlar var. Əsas məsələlərdən biri Qəzzanın su və elektirk enerjisi ilə təchizatıdır. İsrail bu müddəaya razılığını bildirib.

Razılaşmaya əsasən, İsrail "Mavi Mərmərə" gəmisində həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə ümumilikdə 20 milyon dollar təzminat ödəyəcək. Bu razılaşma ilə Fələstinə tətbiq olunan embarqo böyük ölçüdə aradan qaldırılacaq. Bununla yanaşı, iyulun 1-də 10 min ton humanitar yardım daşıyan Türkiyə gəmisi İsrailin Aşdod limanı istiqamətində hərəkət edəcək. Qəzzada inşa olunan Türkiyə-Fələstin xəstəxanasının açılışı üçün lazımi addımlar atılacaq.

Normallaşma əlaqələrimizin bütün sahələrinə təsir edəcək. Lakin əsasən iqtisadi əlaqələr və regional inkişafı əhatə edəcək. Əsas məqsəd Qəzzada insanların rahat nəfəs alması və rahat yaşamasıdır. Biz bununla sonuna qədər Fələstin xalqının yanında olduğumuzu ortaya qoyduq", - Yıldırım bildirib.

Baş nazir razılaşmasının üç əsas məqsədini bir daha diqqətə çatdırıb:

"Razılaşma sənədi üç məsələ baxmından əhəmiyyətlidir. Birincisi, "Mavi Mərmərə" məsələsinə görə İsrailin Türkiyədən üzr istəməsi, ikincisi, gəmidə həlak olmuş Türkiyə vətəndaşlarına təzminat ödəməyə razılıq verməsi, üçüncüsü isə, Fələstinə tətbiq olunmuş embarqonun yumşaldılmasıdır".

Bundan başqa, razılaşmada İsrail qazının Türkiyə üzərindən Avropa nəqli də əksini tapıb.

İsrailin Baş naziri Benyamin Netanyahu isə Romada keçirdiyi mətbuat açıqlamasında Ankara-Tel-Əviv arasında münasibətlərin normallaşmasının Yaxın Şərqdə stabilləşməyə yardım edəcəyini bildirib.

O deyib ki, razılaşma Qəzzaya humanitar yardımların edilməsini nəzərdə tutur və bu, İsrailin marağındadır. Baş nazir qeyd edib ki, Türkiyə ilə razılaşmadan sonra da Qəzzaya tətbiq olunan dəniz blokadası davam edəcək.

B.Netanyahu əlavə edib ki, razılaşma Türkiyə ərazisindən İsrailə qarşı ola biləcək istənilən terror fəaliyyətinin qarşısını alacaq. "Bundan başqa, İsrail qazının Türkiyədən keçməklə, Avropa nəqli də razılaşmada əksini tapıb", - deyə o vurğulayıb.

Tarix
2016.06.27 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla