Yuxarı

Yanacaq dolduranda ehtiyatlı olun – Kəsirlər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə adətən yanacağın keyfiyyəti yox, kəmiyyəti ilə bağlı şikayətlər daxil olur.

APA xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

"Siz bilirsiniz ki, bizdə yanacaq bir yerdən satışa çıxarılır. Yəni, neft bazası bir dənədir. Ona görə, keyfiyyət eyni olmalıdır. Ancaq hansısa "iş adamı" keyfiyyəti dəyişirsə, benzinin tərkibinə nə isə qatırsa, bu, başqa məsələdir. Həmin "iş adamı" cinayət məsuliyyəti daşıyır. Bizə adətən keyfiyyət yox, kəmiyyətlə bağlı şikayətlər gəlir. Şikayətçilər deyir ki, yanacaqdoldurma məntəqələrində yanacaq az vurulur və sair. Biz mütəmadi olaraq yoxlama aparırıq. Standarta uyğun olaraq yanacaqdoldurma məntəqələrində avadanlıqlar 3 aydan bir mütləq yoxlanılmalıdır. Bəzən görürsünüz ki, məntəqədə çalışanlar özləri müdaxilə edirlər... Üstəlik, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıqdan sui-istifadə edənlər də var.

Bundan başqa, yanacaqdoldurma məntəqələrində bizim qoyduğumuz möhürləri qırırlar. Möhürləri qırmaq olmaz və mən bu barədə dəfələrlə demişəm. Artıq biz bir neçə bu cür hadisə ilə bağlı prokurorluğa məlumat vermişik və bu barədə cinayət işi qaldırılıb", - deyə komitə sədri qeyd edib.

Tarix
2016.06.27 / 15:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla