Yuxarı

Xalq artistimizə Fransa Senatının medalı verildi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Orn departamentində keçirilən Sen-Jan milli bayramı çərçivəsində Azərbaycanın Dostları Assosiasiyası və ölkəmizin bu ölkədəki səfirliyi konsert təşkil edib.

Axar.az xəbər verir ki, konsertdə xalq artisti Yusif Qasımovun rəhbərlik etdiyi "Bakı ulduzları" ansamblı Azərbaycan milli rəqslərini təqdim edib.

Orne departamentinin senatoru Natali Qule Azərbaycanın Dostları Assosiasiyasına və səfirliyimizə bayrama Azərbaycan əhval-ruhiyyəsi gətirdiyinə və azərbaycanlı rəqqaslara ifalarına görə təşəkkür edərək, ansamblın rəhbəri Yusif Qasımova Fransa Senatının xatirə medalını təqdim edib.

Assosiasiyanın baş katibi Mirvari Fətəliyeva bayram iştirakçılarına ölkəmizin zəngin mədəniyyəti haqqında ətraflı məlumat verib və ölkələrimiz arasında mədəniyyət sahəsindəki əlaqələrdən danışıb. O, Assosiasiyanın fəaliyyəti və təşkil etdiyi tədbirlərdən də bəhs edib.

Milli rəqslərimiz fransızları heyran edib və Azərbaycan mədəniyyətinə böyük maraq yaradıb.

Qeyd edək ki, Fransanın müxtəlif əyalətlərində Azərbaycan mədəniyyət günlərinin, musiqiçi və rəqqaslarımızın konsertlərinin təşkili ənənəyə çevrilib.

Tarix
2016.06.27 / 22:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla