Yuxarı

Maşın yağını gəlinliklərin üzərinə tökdü - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəlinlik paltarı satılan mağazaya basqın edən şəxs ora külli miqdarda ziyan vurub.

Xəzərxəbər-in məlumatına görə, naməlum şəxs özü ilə plastik qabda gətirdiyi işlənmiş mühərrik yağını bahalı gəlinlik paltarlarının üstünə töküb.

Hadisə günorta saatlarında paytaxtın Yasamal rayonu Azərbaycan prospektində, Sevinc Qurbanovaya məxsus mağazada baş verib. Zərərçəkmişin sözlərinə görə, hadisə vaxtı mağazada tək olub. 20-25 yaşlarında bir nəfər qapını açıb mağazaya daxil olub. Daxil olan kimi əlindəki qabın ağzını açıb içindəki mayeni vitrindəki gəlinliklərin üstünə atıb.

Sevinc Qurbanova dərhal həmin şəxsə müdaxilə edib. "Hadisə 1-2 dəqiqənin içində olub. Gördüm dayanmır dərhal üstünə getdim. Üstünə getməyimlə geri çəkildi. Qapını açıb sağ tərəfə qaçdı'',- deyə zərərçəkmiş bildirdi.

Sevinc Qurbanova dərhal hadisə ilə bağlı ''102''yə məlumat verib. Hadisə yerinə ərazi üzrə 26-cı polis bölməsinin əməkdaşları gəlib araşdırmalara başlayıblar. Yaxınlıqdakı müşahidə kameralarına baxış zamanı həmin şəxsin açıq-aydın üzü görünür. Hətta bir neçə dəfə mağazaya daxil olmaq istəməsi, mobil telefonla kiminləsə danışması belə görüntülərdə əks olunub.

Qadının sözlərinə görə, bütün gəlinlik paltarları İtalyadan sifarişlə gətirilib. Bu səbəbdən də dəymiz ziyan 150 min manatdan çoxdur.

Sevinc Qurbanova hadisənin sifarişlə törədildiyini iddia edir. Hətta şübhələndiyi şəxsin olduğunu da deyir. Yasamal rayon 26-cı polis bölməsindən aldığımız məlumata görə, şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Tarix
2016.06.28 / 00:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla