Yuxarı

Erməni terrorçular erməniləri də qətlə yetirib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni terrorçularının törətdiyi dəhşətlərin qurbanları arasında erməni və rus xalqlarının nümayəndələri də var.

Report xəbər verir ki, bunu Bakıda "Erməni terroru və Azərbaycan multikulturalizmi" mövzusunda keçirilən birinci beynəlxalq "dəyirmi masa"da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev deyib.

O bildirib ki, erməni terroru özünü göstərmək üçün həmişə münbit şərait axtarır: "Bu münbit zəmin multikulturalizmin, müxtəlifliyin olmamasından ibarətdir. Erməni terroru milli icmaların, dini, irqi müxtəlifliyin yoxluğu fonunda yaranır və belə bir mühitdə tüğyan edir. Ermənistanın, ermənilərin timsalında terrorun genişlənməyə və yayılmağa can atdığını görürük. Erməni terroru bəşəriyyətə qarşı sistemli bir fəaliyyətdir".

Qeyd edək ki, iyunun 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Prezident yanında Bilik Fondunun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Prezident yanında Elmin İnkişafı Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin, Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə "Terror multikulturalizmə qarşı" layihəsi çərçivəsində "Erməni terroru və Azərbaycan multikulturalizmi" mövzusunda birinci beynəlxalq "dəyirmi masa" işə başlayıb.

Tədbirdə yerli mütəxəssislərlə yanaşı, xarici elm adamları, erməni terrorunun araşdırmaçıları iştirak edirlər.

"Dəyirmi masa" çərçivəsində "Erməni terroru: mahiyyəti və tarixi", "Erməni terroru Azərbaycan multikulturalizminə qarşı", "Erməni terroru və Azərbaycan kürdləri", "Erməni terrorunun hüquqi və mənəvi ölçüləri", "Erməni terroru yeni nəşrlərdə (kitabların təqdimatı)" mövzusunda panellər keçiriləcək.

Tarix
2016.06.28 / 12:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla