Yuxarı

Şakirin varisi bu həkimi də xilas edir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə sol ayağının əvəzinə səhvən sağ ayağı kəsilən xəstənin hər iki kəsilmiş ayağına baxılıb, yəni onların makroskopik müayinəsi aparılıb. Damarların, dərialtı toxumaların, barmaqların vəziyyətinə baxılıb. Məlum olub ki, hər iki ayaq xəstə idi. Onların hər ikisi kəsilməli idi.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.

Ə.Həsənovun sözlərinə görə, bu məlumat verilərkən "xəstənin xəstə ayağının əvəzinə sağlam ayağının kəsilməsi" ifadəsinin işlədilməsi düzgün deyildi:

"Bunu haradan biliblər ki, sağ ayaq sağlam idi? Onların hər ikisi xəstə, pis gündə idi. Onsuz da qadının ikinci ayağı da iki gündən sonra kəsilməli idi. Çünki ayaqların hər ikisi xəstə idi".

Birlik direktoru əlavə edib ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertizasının rəyinin yaxın 10 gün ərzində məlum olacağı gözlənilir:

"O ayaqlardan tikələr kəsilir və müəyyən reaktivlərdən keçməklə onlardan laboratoriyada preparatlar hazırlanır. Həmin preparatların hazırlanması təxminən 1 həftə çəkir. Bundan sonra həkimə də əlavə 3 gün vaxt lazımdır ki, ona baxıb diaqnoz qoysun və rəyini versin".

Ə.Həsənov rəylərini Yasamal Rayon Prokurorluğuna təqdim edəcəklərini də açıqlayıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində sol ayağının kəsilməsi üçün diaqnoz qoyulan şəkərli diabet xəstəsi Tərlan Əliyevanın səhvən sağ ayağı kəsilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalar aparılır.

Məsələ həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki, bu cür qanunsuz əməllərinə görə, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin keçmiş baş direktoru Şakir Musayev vəzifəsindən azad olunaraq, yerinə Ədalət Həsənov təyin olunmuşdu.

Tarix
2016.06.28 / 13:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla