Yuxarı

Türkiyə-Rusiya barışığında əsas hədəf – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Türkiyənin yenidən yaxınlaşması Dağlıq Qarabağ məsələsində yeni imkanlar açacaq.

Bunu Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Türkiyənin Rusiya ilə əlaqələrinin normallaşmasına dair atdığı addımı dəyərləndirərkən deyib. Sabiq dövlət müşaviri bildirib ki, yaxın günlərdə Putinlə Ərdoğan arasında baş tutacaq telefon danışığı bu məsələnin nöqtəsini qoya, buzlar tamamilə əriyə bilər:

"Münasibətlərin yaxşılaşmasını təkcə Türkiyə deyil, Rusiya da çox istəyir. Ərdoğanın məktubu Rusiya mediasında yayılan kimi rublun məzənnəsi qalxdı, ölkənin maliyyə bazarında bir sağlamlaşma tendensiyası hiss olundu. Bütün bunlar göstərir ki, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək. Üstəlik, bu prosesə Azərbaycan və Qazaxıstan da öz töhfəsini verərək kifayət qədər vasitəçilik səyləri göstəriblər. Ona görə də bu yaxınlaşmanın Bakı və Astanaya təsiri çox yüksək olacaq".

Politoloq yenidən normallaşan Rusiya-Türkiyə əlaqələrindən Azərbaycanın daha çox udacağını qeyd edib:

"Dağlıq Qarabağ probleminin nizamlanmasında Türkiyə əvvəlki illərə nisbətən səylərini daha da artıracaq və yeni imkanlar açılacaq. Bir sözlə, regionda münasibətlərin Rusiya və İsrailin timsalında dəyişməsi çox yaxşı haldır. Hər iki dövlət Azərbaycan üçün əhəmiyyətlidir. Bundan sonra Türkiyə ilə yanaşı, Azərbaycanın da Rusiya və İsraillə münasibətləri yüksələn xətlə inkişaf edəcək".

Q.Hüseynli sonda Türkiyə-İsrail, Türkiyə-Rusiya münasibətlərində müsbət irəliləyişlərin eyni vaxtda baş verməsinin arxasında heç bir siyasi məramın gizlənmədiyini deyib və bunu tamamilə təsadüf adlandırıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün rusiyalı həmkarına məktub yazaraq, Su-24 hadisəsinə görə təəssüfləndiyini, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamadığını bildirib.

Tarix
2016.06.29 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla