Yuxarı

XİN: "Qardaş Türkiyənin yanındayıq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında törədilmiş qanlı və xain terror aktlarını kəskin şəkildə lənətləyirik.

Azərbaycan XİN-dən Axar.az-a verilən məlumatda bildirilir ki, bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Məlumatda qeyd olunur ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb.

Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Tarix
2016.06.29 / 10:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla