Yuxarı

Nazirliyin əməkdaşını döydülər - Şamaxıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 iyun 2016-cı il tarixində Şahdağ Milli Parkının əməkdaşı parkın ərazisinə qanunsuz daxil olan 4 şəxs tərəfindən fiziki təzyiqlərə məruz qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, şəxsiyyətləri məlum olmayan 4 nəfər 90 NV 103 dövlət nömrə nişanlı VAZ markalı avtomaşınla milli parkın ərazisinə qanunsuz daxil olaraq meşə ərazisində tonqal qalamağa cəhd göstərib. Şahdağ Milli Parkının Şamaxı bölməsinin meşəlik ərazisinə cavabdeh olan Fərhad Cəlilov onlara meşədə tonqal qalamağın qanunazidd və təhlükəli olduğunu, milli parka qanunsuz daxil olduqlarını izah edib və meşə sahəsini tərk etmələri barədə xəbərdarlıq bildirib. Lakin qanun pozucuları milli parkın əməkdaşının qanuni tələblərinə məhəl qoymayıb, əksinə onu təhqir edib və fiziki təzyiq göstərməklə baş nahiyəsinə xəsarətlər yetirərək hadisə yerindən qaçıblar. Müvafiq həkim yardımı alınması və ekspert qiymətləndirilməsi məqsədilə F.Cəlilov tərəfindən Şamaxı rayon xəstəxanasına müraciət edilib.

Baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə və aidiyyəti üzrə polis orqanına məlumat verilib. Hazırda təqsirkarların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən qanunamüvafiq tədbirlər görülür.

Qeyd edək ki, təbiət mühafizəçilərinə qarşı bu cür insidentlər dəfələrlə müşahidə olunub, təbiətə qanunsuz müdaxilələrin qarşısı ETSN-nin əməkdaşlarının həyatı bahasına alınıb, xeyli sayda təbiət mühafizəçisi fiziki təzyiqlərə məruz qalaraq yaşıllıqların, ətraf mühitin qorunmasında fədakarlıq göstərib.

Tarix
2016.06.29 / 12:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla