Yuxarı

Tanınmışlar İstanbul teraktından yazdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış simaları sosial şəbəkədə Türkiyədə baş verən terroru lənətləyiblər.

Axar.az tanınmışların Atatürk Hava Limanında baş verən terror aktı ilə bağlı paylaşmalarını təqdim edir:

Faiq Ağayev: "İnqilab, müharibə, çaxnaşmalarda qalaq-qalaq pul qazananların qurbanı olur dünya".

Miri Yusif: "Dualarımız səninlədir, Türkiyə!"

Cavid Gül: "Yenə də qorxaq, alçaq kimi saldırdı şərəfsizlər. Açıq döyüşlərdə tab gətirməyib, xəbərsiz insanlara gücü çatdı bu soysuzların. Kökünüz kəsilsin! Allahım, sən bizə nəsib elə onların süqutunu görək".

Murad Arif: "Terror... Müharibə... Prinsiplər... Siyasət... Maraqlar... Daha nə qədər can getməlidir ki, bu dünya silkələnib özünə gəlsin? Daha nə qədər can getməlidir ki, günahsız, əliyalın, adi həyatını yaşayan adamlar qırılmasın? Nə savaşıdır bu? Nə lazımdır sənə, ay şərəfsiz? Niyə sənə bir ağacın kölgəsi yetmir? Axı Allah hamımızı sevgiylə yaradıb... Axı Allah özü günahlarımızı, savablarımızı yazır... Sən niyə müdaxilə edirsən, ay insan? Niyə sənə sülh sərf etmir? Ürəyim parça-parça... Türk olmağım bir yana, mən insanlığa yanıram... Övladlarımı aydın səma altında böyütmək istərkən, onların xəmirinə, mayasına bu qədər sevgi qatıb, nifrət dolu dünyaya necə buraxım? Şəfqət... Barış... Sülh... Aydın səma... bunlar yalnız nağıl kitablarındamı qaldı? Adi bir gündəlik həyatımdan bir videomun, şəklimin altında nə qədər söz soxmaq, incitmək, acılamaq istəyi görürəm... Hər gün! Hər bir acı söz, sabahkı terrorun toxumu deyilmi...? Nə oldu sənə, dünya?"

Qeyd edək ki, İstanbulun Atatürk Hava Limanında 3 terrorçu-kamikadze özünü partladıb. Nəticədə 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.

Tarix
2016.06.29 / 12:54
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla