Yuxarı

Qarabağ münaqişəsinin eskalasiya potensialı var - ATƏT

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsinin eskalasiya potensialı var.

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Cənubi Qafqaz regionuna səfərə yola düşməzdən öncə jurnalistlərə açıqlamasında deyib.

O, gərginliyin azaldılması üçün ATƏT sədrliyinin məsuliyyət daşıdığını bildirib: "Almaniyanın ATƏT-ə sədrliyi dövründə biz atəşkəs rejiminin möhkəmləndirilməsi, etimadın yaradılması və tez bir zamanda danışıqların başlanması yolu ilə belə təhlükələrin azaldılması üçün məsuliyyət daşıyırıq".

Qeyd edək ki, ATƏT sədrinin bu gün regiona səfəri başlayır. Bu gün o, Ermənistanda rəsmi görüşlər keçirəcək, ATƏT sədri Azərbaycana sabah gələcək. Onun hər iki ölkədə keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olacaq.

Ştaynmayer iyulun 1-də Gürcüstana gedəcək və ATƏT PA-nın illik sessiyasına qatılacaq.

Tarix
2016.06.29 / 14:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla