Yuxarı

Azərbaycanlı iş adamı Ukraynada öldürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Pokrovsk şəhərində (keçmiş Krasnoarmeysk) azərbaycanlı iş adamını öldürərək, 40 min dollarını aparıblar.

Pokrovsk Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, öldürülən şəxs əslən Azərbaycanın Xaçmaz rayonundan olan, 1966-cı il təvəllüdlü Ukrayna vətəndaşı Abdulla Abdullayevdir.

Ukraynanın bir neçə şəhərində valyutadəyişmə məntəqələri olan A. Abdullayev iyunun 14-də axşam saatlarında evinə gedərkən öldürülüb.

İş adamının meyiti yararsız hala salınmış avtomobilində tapılıb. Onun başında güllə yarası aşkarlanıb. Qatillər avtomobildəki 40 min dollara yaxın pulu da aparıblar.

Yaşadığı şəhərdə dəfn olunan iş adamının qətli ilə bağlı cinayət işi başlanılıb, qatillər axtarılır.

Qeyd edək ki, bu günlərdə Donetsk vilayətinin Qorlovka şəhərində də azərbaycanlı iş adamı İlqar Aşurov oğurlanaraq öldürülüb. Cinayəti törədənlər onun avtomobilini və küllü miqdarda pulu oğurlayıblar.

Bundan başqa, Pokrovskda "Azərbaycan" Cəmiyyətinin sədri Şahin Bəylərovun mülkləri və iki avtomobili partladılıb.

Son bir ildə isə Ukraynada 25 azərbaycanlının yoxa çıxdığı bildirilir.

Tarix
2016.06.29 / 16:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla