Yuxarı

Azərbaycan-NATO əlaqələri strateji xarakter daşıyır - Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və NATO arasındakı əlaqələr güclüdür və strateji xarakter daşıyır. NATO-Azərbaycan tərəfdaşlığı fəal siyasi dialoq və əsaslı praktik əməkdaşlığa əsaslanır.

Rumıniyanın Azərbaycandakı səfirliyindən Report-a verilən məlumata görə, bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu Bakıda NATO-nun Azərbaycanda Beynəlxalq Məktəbinin (NİSA) yay sessiyasında çıxış edərkən deyib.

Səfir Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində, eləcə də nəqliyyat yükdaşımaları sahəsində mühüm rol oynadığını vurğulayıb.

"NATO və Avropa İttifaqının üzvü kimi Rumıniya Azərbaycanın Avropa və Avro-Atlantik institutlarla əlaqələrinin genişləndirilməsi istiqamətindəki bütün səylərini fəal şəkildə dəstəkləmək niyyətindədir", - deyə səfir qeyd edib.

İyulun 8-9-da Varşavada keçiriləcək NATO sammiti ilə bağlı danışan D.K.Çobanu orada bütün Avropa üzrə təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə vacib qərarların qəbul ediləcəyini bildirib.

Tarix
2016.06.29 / 18:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla