Yuxarı

Qəbələdə beynəlxalq konfrans keçirilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 29-da Qəbələ şəhərində "Gənclərin Dialoqu – Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması" mövzusunda Beynəlxalq Tələbə Konfransı öz işinə başlayıb.

Axar.az DGK-nın saytına istinadən xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə əklil qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

"Qafqaz Resorte" otelində keçirilən konfransın rəsmi açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iştirakçıları salamlayıb və ötən gün İstanbul şəhərində baş verən terror hadisəsinə görə konfrans iştirakçıları adından başsağlığı verib.

Aydın Əliyev Azərbaycan gömrük xidmətinin müasir Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında formalaşdığını və inkişaf etdiyini iştirakçıların diqqətinə çatdırıb.

Ötən il Bakıda keçirilən PİCARD konfransında gömrük sahəsində ixtisaslaşan bir sıra təhsil ocaqlarından gənclərin iştirak etdiyini bildirən Komitə sədrinin sözlərinə görə, bu dəfə auditoriya daha da genişləndirilib və hədəf əsasən gəncləri əhatə edən tədbirin keçirilməsidir.

Gömrük işinin funksional baxımdan unikal və çoxşaxəli bir sahə olduğunu vurğulayan Aydın Əliyev gömrük xidmətlərinin təhlükəsizlik, fiskal siyasət, büdcə proqnozlarının yerinə yetirilməsi, gömrük statistikası, ticarətin asanlaşdırılması və sürətləndirilməsi kimi vacib funksiyaları həyata keçirdiyini diqqətə çatdırıb. Gömrük xidmətinin öz funksiyalarını yüksək səviyyədə yerinə yetirməsi üçün qanunvericilik və güclü maddi-texniki bazaya sahib olmasının, kadrların peşələrinin sirlərini dərindən öyrənməsinin vacibliyini qeyd edən Aydın Əliyev konfransın bu sahələrdə təcrübə mübadiləsi baxımından önəminə diqqət çəkib. Komitə sədri konfransın kadrların potensialının gücləndirilməsində, gənclər arasında ünsiyyətin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi katibliyinin rəhbəri, Charles Sturt Universitetinin Gömrük və Aksiz Araşdırmaları Mərkəzinin baş müəllimi Mixail Kaşubski konfransın təşkilində göstərdiyi dəstəyə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə minnətdarlığını ifadə edərək, tədbirin dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan tələbələrin gömrük işinin gələcək inkişafına baxışlarını öyrənmək baxımından önəminə diqqət çəkib. Mixail Kaşubski konfransda digər sahələrdə təhsil alan tələbələrin də iştirak etdiyini, bu baxımdan müxtəlif mövzularda fikir mübadiləsi aparılacağına və konkret nəticələr əldə olunacağına əminliyini ifadə edib.

Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Gömrük işinin modernləşdirilməsi üzrə məsləhətçisi Hendrikus van Zandvijk isə çıxışında gömrük sahəsində fəaliyyət göstərən yaşlı və gənc nəsil arasında ünsiyyətin qurulması, müxtəlif sahələr üzrə təcrübə və bilik mübadiləsinin həyata keçirilməsi baxımından konfransın ümumi işə fayda verəcəyini bildirib.

Qeyd edək ki , Konfransda dünyanın 20 ölkəsinin-Avstriya, Belarus, Belçika, Bolqarıstan, Çin, Makedoniya, Gürcüstan, Almaniya, Macarıstan, Litva, Niderland Krallığı, Polşa, Rusiya Federasiyası, Seneqal, İsveç, Türkiyə, Ukrayna, Amerika Birləşmiş Ştatları, Özbəkistan, Vyetnamın mötəbər universitetlərində gömrük ixtisası üzrə təhsil alan tələbələr, gömrük sahəsində ixtisaslaşan elm adamları, eləcə də dünyaca məşhur gömrük mütəxəssisləri Vaslav Çijoviç, Zlatko Veterovski iştirak edəcək.

Konfrans çərçivəsində "Beynəlxalq ticarət", "Gömrük potensialının gücləndirilməsi", "Gömrük risklərinin təhlili və idarə edilməsi", "Ticarətin asanlaşdırılması üçün elektron gömrük xidmətləri" adı altında 4 sessiya keçiriləcək və müxtəlif ölkələrin elm ocaqlarını təmsil edən elm adamları və tələbələr tərəfindən ümumilikdə 50-dək məruzə dinləniləcək.

Məruzələrin əhatə etdiyi konkret mövzulara gəlincə isə daxildə emal, daxili ekspress yüklərinə nəzarət, beynəlxalq iqtisadiyyatda beynəlxalq ticarət, qlobal maliyyə böhranının beynəlxalq ticarətə təsiri, gömrük üzrə ali təhsil sahəsində yeni istiqamət, elektron gömrüyün qlobal ticarətin asanlaşdırılmasında rolu, gömrük işinin konkret sahələri üzrə bəzi ölkələrin milli təcrübələri və digər başlıqlar altında dinləyicilərə məlumat veriləcək.

3 gün davam edəcək konfrans çərçivəsində qonaqlar bölgənin təbiəti, tarixi abidələri ilə də yaxından tanış olacaqlar.

Tarix
2016.06.29 / 18:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla