Yuxarı

Seçki protokolu MSK-ya təqdim edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilərlə əlaqədar həmin seçki dairəsi üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyasının protokolu qanunla müəyyən olunmuş müddətdə və qaydada tərtib edilərək əlavə olunmalı sənədlərlə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Axar.az MSK-nın saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin sənədlər müəyyən edilmiş müddət ərzində yoxlanılmış, seçkilərin ümumi yekunlarının müəyyən olunması üçün dairə seçki komissiyasının protokolu və onlara əlavə edilmiş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab edilərək Seçki Məcəlləsinin 108.2-ci maddəsinə əsasən seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilmişdir.

Hazırda seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi məqsədilə müvafiq seçki sənədlərinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi üçün qanuni əsaslar yaranmışdır. Belə ki, Seçki Məcəlləsinin 171.2-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını zəruri sənədlərlə birlikdə yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 108.2-ci, 108.3-cü, 171-ci və 172-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 2016-cı il iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar seçkilərin ümumi yekunlarına dair tərtib edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq olunaraq, müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunsun.

2. Protokol dərc edilsin (Protokol əlavə edilir).

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Tarix
2016.06.29 / 22:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla