Yuxarı

DAK İran prezidentinə məktub ünvanlayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dünya Azərbaycanlıları Konqresinin növbəti konfransı keçirilib.

DAK mətbuat xidmətindən Axar.az-a daxil olan məlumata görə, ictimai-siyasi qurumların və müxtəlif araşdırma mərkəzləri məsullarının, aydınların iştirak etdiyi konfrans DAK-ın qərargahında gerçəkləşib. "Güney Azərbaycanda milli haqlar uğrunda mübarizə: son durum" mövzusuna həsr olunmuş tədbiri giriş sözü ilə DAK həmsədri Sabir Rüstəmxanlı açıb.

İstanbulda məlum terror hadisəsi qurbanlarının xatirəsinin sayğı duruşu ilə yad edilməsindən sonra Sabir Rüstəmxanlı mövzu ətrafında geniş məruzə edib. Hazırkı İranda siyasi vəziyyətin çalarlarını şərh edən natiq bu konteksdə Güney Azərbaycan milli azadlıq hərakatının istiqamət məcrasından və inkişaf təzahürlərindən bəhs edib.

"Güney Azərbaycan milli hərəkatının güclənməsi, Güney Azərbaycanla birgə, İranda bütün türklərin öz kimlikləri və milli-mədəni haqlarının tələb və müdafiəsini də artırmışdır. İstər prezident, istərsə də məclis seçkilərində Güney Azərbaycan toplumunun bütün tələblərinin mərkəzində milli-mədəni və iqtisadi məsələlər dayanmışdı. Bu, o dərəcədə açıq və ardıcıl olub ki, İranın daxili siyasətində yeni dövrün yaranmasına gətirib çıxarıb. Artıq yerli məsullar, o cümlədən deputatlar, İslami Şura nümayəndələri, hətta ali dini liderin səlahiyyətli nümayəndələri belə Tehranın qulluqçusu kimi davranmayaraq, mübariz millətin tələbləri istiqamətində ciddi atdımlar atmağa başlayıblar. Məhz bu səbəblərdən İranda yeni siyasət dövrünün başlanması faktını qəbullanmaq mümkündür. Mühüm dəyişikliklərdən biri də odur ki, Tehranda müəyyən dairələrdən dəstək alan kürd terrorizmi seçkilərdə ağır məğlubiyyətə uğradı".

Çıxışında son dəyişiklikləri bütün detallarına qədər incələyən DAK həmsədri həmçinin Urmiya-Kərkük-Diyabəkir üçbucaq strategiyasını izləyən kürdlərin seçkilərdə ağır məğlubiyyətə uğramasının əsas səbəblərindən, Güney Azərbaycan millət vəkillərinin qələbəsindən və İran parlament tarixində bir ilk olan "Türk Millət Vəkilləri Fraksiyası"nın yaradılmasından danışdı və bütün bu faktlar arasındakı əlaqələrin inkişaf yönümünü izah etdi.
DAK həmsədrinin Güney Azərbaycan milli azadlıq hərakatının son durumu haqda geniş bilgiləndirməsindən sonra başlayan müzakirələr fonunda bir çox natiqlər də öz fikirlərini bildirdilər. Çıxış edənlərdən milli aydınımız professor Firudun Ağasıoğlu, DAK İdarə Heyətinin üzvü Adil Minbaşı, DAK-ın Güney Azərbaycan təmsilçisi Babək Muğanlı, araşdırmaçı alim professor Qafar Çaxmaqlı, DAK-ın mədəniyyət müşaviri Xəzər Emin məsələyə münasibət bildirərək müəyyən təkliflər verdilər. Ümid Partiyasının Güney Azərbaycan üzrə müavini Rüfət Muradlı da müzakirəyə qatılaraq öz baxışlarını açıqladı.

Sonda DAKSAM sədri Yasəmən Qaraqoyunlu da mövzu ətrafında məruzə etdi. O, izlənilən müəyyən inkişafla yanaşı həm də axsayan cəhətlərdən və onları doğuran səbəblərin aradan qaldırılması yollarından danışdı. Güney Azərbaycan milli hərakatının rejimə qarşı bütün müstəvilərdə əks hərəkətə keçməsinin gərəkliyini bildirən Yasəmən Qaraqoyunlu hərəkatı parçalaya biləcək din amilini ortadan qaldırmaq üçün "şiəlik" faktoruna yeni elmi və milli yanaşmanın labüdlüyünü dilə gətirdi. Bu yöndə optimal yol göstərən natiq, həmçinin, müzakirə boyu səsləndirilən bütün fikirlərin və təkliflərin dəyərləndirilməsini uyararaq, Azərbaycan Respublikası hökumətinə DAK adından müraciətin ünvanlanmasını zəruri saydı.

Konfrans tədbir iştirakçılarının İran prezidentinə Güney Azərbaycanda mədəni haqlar və ana dili tələbini ifadə edən müraciətin qəbul edilməsi qərarıyla başa çatdı.

Tarix
2016.06.29 / 22:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla