Yuxarı

İstanbul teraktında ölən ukraynalının acı taleyi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Türkiyədə İstanbulun Atatürk Hava Limanında terror aktı nəticəsində həlak olanlardan biri də Ukrayna vətəndaşı, 47 yaşlı Larisa Çepakova olub.

Axar.az xəbər verir ki, Ukrayna mediası Çepakovanın bioqrafiyasına xüsusi diqqət ayırıb.

Qeyd edilir ki, Çepakova ölümündən bir müddət öncə qızını itirib. Qızının ölümündən 1 il öncə isə oğlundan məhrum olmuşdu.

"O, qızını mələk adlandırırdı, ölümündən sonra yazırdı ki, bu dünyada qalmaq çətindir, yalnız nəfəs alırdı. Yaşamaq üçün sərgilərə, dənizə gedirdi", - bu sözləri Çepakovanın rəfiqəsi Ukrayna mediasına açıqlamasında bildirib.

Çepakova əvvəllər insanlara lazım olan əşyaları toplamağa yardım edirdi. Kiminsə evi yanırdısa, ona kömək əlini uzadırdı.

Ötən gün isə Larisa evinə oğlu və əri ilə qayıdırdı. Özü bu dünyadan köçsə də, oğlu və əri teraktdan zərər görmədilər. Hazırda onlar İstanbulda Larisanın meyitini Ukraynaya aparmaq üçün gözləyirlər.

Qeyd edək ki, ötən gün İstanbulda baş verən terakt nəticəsində 41 nəfər həyatını itirib, 200-dən çox insan isə yaralanıb.

Tarix
2016.06.30 / 01:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla