Yuxarı

Dollar və qızıl bahalaşır - Böhran

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq birjalarda dollar və qızılın qiymətlərinin eyni istiqamətdə hərəkət etməsi qlobal maliyyə böhranının yaxınlaşdığını göstərir.

Report xəbər verir ki, bu barədə "Real Vision Television" global maliyyə, investisiyalar və bazar trendləri üzrə ixtisaslaşmış televiziya kanalının qurucuları Raul Pol (Raul Pol) və Qrant Uilyams (Grant Williams) "Yahoo! Finance"a açıqlamalarında bildiriblər.

Onların sözlərinə görə, ənənəvi olaraq qızıl dollara qarşı hedcinq aləti kimi istifadə olunub. Çox vaxt dollar zəiflədikdə qızılın qiyməti yüksəlir. Hazırda isə maliyyə bazarlarında situasiya fərqlidir: dollarla yanaşı, qızıl da müşahidə qiymət "rallisi" müşahidə olunur.

Qeyd edək ki, "Brexit" referendumundan sonra investorlar eyni zamanda həm dollar, həm də qızıl almağa başlayıblar. Nəticədə, qızılın qiyməti 6,5%, dolların avroya qarşı məzənnəsi isə 3,5% artıb. Belə ki, hər iki aktiv qlobal maliyyə bazarlarında təhlükəsiz hesab edilir. Lakin dollar və qızılın eyni istiqamətdə hərəkət etməsi normal hesab olunmur. Yaranmış situasiya investorların inamsızlığının yüksək həddə çatdığını və gözlənilən maliyyə stresinin göstəricisidir.

"Belə hadisələr nadir hallarda baş verir və məhz 2008-ci ildəki maliyyə böhranı zamanı bunun şahidi olmuşuq", - deyə G.Uilyams qeyd edib.

Analitiklərin fikrincə, mənfi faizlərin hökm sürdüyü maliyyə bazarlarında qızıla tələbatı, valyuta bazarındakı gərginlik isə dollara tələbatı artırıb.

Tarix
2016.06.30 / 01:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla