Yuxarı

Küçəni səhv saldı, iş adamını öldürdü - Göyçayda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:23

Göyçay rayonunda baş verən qətlin təfərrüatı üzə çıxıb.

Axar.az xəbər verir ki, Göyçay şəhərinin Heydər Əliyev küçəsi 24 saylı mənzildə qətlə yetirilən 1963-cü il təvəllüdlü Kərimov Cəbrayıl İsmayıl oğlu təsadüfün qurbanı olub.

ANS-in əldə etdiyi məlumata görə, qətli törədən 1991-ci il təvəllüdlü Sərxan Süleymanov əslində başqa adamı öldürmək istəyirmiş. Belə ki, 25 yaşlı gəncin bacısı iki ay əvvəl şəhərin Hüseynbala Əliyev küçəsində O.Quliyev adlı bir şəxsə qoşularaq qaçıb. Bir müddət birlikdə yaşayan cütülüyün münasibətləri daha sonra pozulub və onlar tez-tez dalaşıb. Sərxan isə bacısının "qəlbini qıran" kişini cəzalandırmaq qərarına gəlib. Bu məqsədlə o, Göyçaya gəlib, lakin küçələrin adını səhv salıb. Nəticədə H.Əliyev küçəsindəki Cəbrayıl Kərimovun evinə girib və ona yatdığı yerdə 19 bıçaq zərbəsi endirib.

S.Süleymanov həbs edilərək istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə bu gecə, saat 01:00-də baş verib. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

İş adamı olan Cəbrayıl Kərimov uzun illər Göyçay rayonunda kafe və restoran xidməti ilə məşğul olub.

Tarix
2016.06.30 / 10:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan razılaşdı: 4 kəndlə bağlı qərar verildi - Təcili

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla