Yuxarı

İrəvan Rusiya üçün Bakıya təzyiq vasitəsidir - Şahnazaryan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşünürəm ki, apreldə baş vermiş müharibədən nə hərbi, nə də siyasi nəticələr çıxara bildik.

APA-nın verdiyi xəbərə görə, bu sözləri Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Regional Araşdırmalar Mərkəzinin analitiki David Şahnazaryan "Qarabağ problemi və onun demokratikləşmə və daxili hadisələrə təsiri" mövzusundakı keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

D. Şahnazaryan bildirib ki, Ermənistanın təhlükəsizliyinin yeganə təminatçısının ordu olması düşüncəsi hakim olduqca, vəziyyət belə də davam edəcək:

"Ordunun rolu vacibdir, lakin ölkə təhlükəsizliyi təkcə silahlı qüvvələrə əsaslanmır. Biz anlamalıyıq ki, bu, ilk növbədə bizim xarici siyasətimiz və ya bugünkü geosiyasi orientasiyamızla bağlıdır. Bu gün Ermənistanın Rusiya üçün ancaq bir rolu var: Azərbaycana təzyiq göstərməklə öz məqsədinə çatmaq. Başqa sözlə, rus əsgərlərini Qarabağ münaqişəsi zonasında yerləşdirmək üçün vasitə olmaq".

D. Şahnazaryanın sözlərinə görə, son vaxtlar Rusiyada dövlət səviyyəsində Ermənistanın və ermənilərin xalq, millət, dövlət kimi ləyaqəti təhqir olunur:

"Mən sadəcə, bildirmək istəyirəm ki, Ermənistan və Rusiya Federasiyasının heç bir ümumi marağı mövcud deyil".

Tarix
2016.06.30 / 10:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla