Yuxarı

“Obama İstanbul teraktına görə çox kədərlənib”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyənin Vaşinqtondakı səfirliyinə baş çəkib.

Axar.az xəbər verir ki, "Bütün dünya Türkiyənin ətrafında birləşdi", - deyən Bayden İŞİD terror təşkilatının ölkələrin, xalqların bir-birinə yaxınlaşmasında rolu olduğunu bildirib.

Terror qurbanları üçün xatirə dəftərinə fikirlərini yazan Co Bayden Obamanın da bu hadisəyə görə böyük üzüntü keçirdiyini qeyd edib:

"Mən, həyat yoldaşım Cill, Prezident Barak Obama və onun xanımı Mişel Obama, eləcə də bütün Amerika xalqı günahsız insanların həlak olmasına görə kədərlənirik. İstanbul və Türkiyə terrora təslim olmayacaq. Terrorun qarşısını almaq üçün daha ciddi səylə çalışacağıq. Türkiyə və ABŞ olaraq bu qəddar ideologiyanın öhdəsindən gələcəyik".

Qeyd edək ki, Atatürk Hava Limanında baş verən terakt nəticəsində 42 nəfər həyatını itirib, 200-dən çox insan yaralanıb.

Tarix
2016.06.30 / 11:54
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla