Yuxarı

81 yaşlı həkim üç uşaq anasını öldürdü - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 27-də Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında öd kisəsindən əməliyyat olunarkən həkim səhlənkarlığından damarları kəsilən Lumu Veyisova dünyasını dəyişib.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. O da bildirilir ki, 3 uşaq anası, 33 yaşlı Lumu Veyisovanı həyata qaytarmaq mümkün olmayıb.

Xatırladaq ki, Lumu Veyisova öd kisəsindəki kəskin ağrılarla Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına iyunun 26-da daxil olub. 27 iyun tarixində isə həkim, 81 yaşlı Cəfər Quliyev onu əməliyyat edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstənin yaxınları həkimin səhv etdiyini və xəstənin damarlarını kəsdiyini bildiriblər.

Hadisə ilə bağlı cərrah Cəfər Quliyevdən açıqlama almaq mümkün olmasa da, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası "Xəzər Xəbər"ə həkimin 81 yaşı olduğunu təsdiqləyib.

Xəzər Xəbər mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Tarix
2016.06.30 / 13:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla