Yuxarı

Türk mediası Azərbaycanla bağlı 15 faktı açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə KİV-lərində Azərbaycanla bağlı dərc edilən faktlar oxucuların böyük marağına səbəb olub.

Ölkə.Az həmin məqaləni olduğu kimi diqqətinizə çatdırır.

Azərbaycanı çoxumuz sevirik. İstiqanlı, səmimi və qardaş xalqdır azərbaycanlılar. Bəs onlar haqqında nə qədər dərin məlumata sahibik? Azərbaycanla bağlı çoxumuzun bilmədiyi 15 maraqlı faktı diqqətinizə çatdırırıq.

1. Azərbaycanda 1,7-1,8 milyon il öncə ilk insanlar məskunlaşıb. 1968-ci ildə akademik Məmmədəli Hüseynov Füzuli rayonunda yerləşən Azıx mağarasında ən qədim insanın alt çənə sümüyünü tapıb.

2. Azərbaycan müstəqilliyini 1918-ci may ayının 28-də elan edib. Lakin bu dövlətin ömrü 23 ay davam edib. 1920-ci ilin aprel ayında Rusiya qoşunları Azərbaycanı yenidən işğal edib. 1991-ci il 18 oktyabrda Azərbaycan yenidən öz müstəqilliyini elan edib.

3. II-XIII əsrlərdə Dərbənddən Fars körfəzinə qədər, Çindən və Hindistandan Avropaya gedən böyük ticarət yolları Azərbaycanın Təbriz şəhərindən keçirdi.

4. Şərqdə ilk operetta Azərbaycanda yaradılıb. 1909-cu ildə Üzeyir Hacıbəyov "Ər və arvad" operettasını yazmaqla Şərqdə ilk operettanın əsasını qoymuş oldu.

5. Şəqrdə ilk qız məktəbi 1901-ci il 17 oktyabrda milyonçu Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda açılıb.

6. Üzeyir Hacıbəyovun "Leyli Və Məcnun" operası (1908) Şərq dünyasında ilk operadır.

7. Əfrasiyab Bədəlbəyli "Qız qalası" adlı ilk balet əsərini yazdı və beləliklə, Şəqdə ilk balet məktəbinin əsası da Azərbaycanda qoyulmuş oldu.

8. Şərq ölkələrində ilk metro 1967-ci ildə Bakıda açılıb.

9. Şimali Avropa, Yaxın Şərq və Qafqazda ilk qadın pilot azərbaycanlı olub - Leyla Məmmədbəyova (1909-1989)

10. Qız qalası - Bakının rəmzi sayılan bu qədim qala əvvəllər dənizin içərisində yerləşib. Sonralar dəniz çəkildikcə qala sahildə qalıb. Hazırda Bakının ən gəzməli və səfalı məkanlarından biri hesab olunur.

11. İlk dəfə 1918-ci ildə Şərqdə məhz Azərbaycan Demokratik Respublikasında qadına seçki hüququ verilib.

12. 1848-ci ildə Bakıda neftin sənaye üsulu ilə istehsalına başlanılıb. 1872-ci ildə dünyada ilk dəfə Bakıda neft quyusu qazılıb.

13. 1897-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən Qafqazda ilk dəfə olaraq Toxuculuq fabriki açılıb.

14. Azərbaycanın Tovuz və Göygöl şəhərlərinin təməlini almanlar qoyubar. Bu şəhərlər əvvəllər Traubenfeld və Yelenendortf adlanırdı.

15. 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasını ilk tanıyan dövlət Osmanlı imperiyası olub.

Tarix
2016.06.30 / 14:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla