Yuxarı

İsrail-Türkiyə anlaşmasında Bakının qazancı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2010-cu ildən sonra qlobal enerji siyasətində daşlar yerindən oynadı. Xüsusilə bölgədə enerji sahəsində çox önəmli dəyişikliklər yaşandı. Həmin vaxtdan başlayaraq, İsrail regional enerji siyasətindən kənarda qalmamaq istiqamətində fəaliyyətə keçdi. Türkiyə və Azərbaycanın birgə layihəsi olan TANAP bölgənin enerji xəritəsini dəyişdirdi. Azərbaycan qazını həm Türkiyəyə, həm də Avropaya çıxaran TANAP layihəsinə qatılmaq, həmçinin, yeni layihələr gerçəkləşdirmək istəyən bölgədəki bir çox enerji aktoru Türkiyə ilə yaxınlaşmaq siyasətini izləyir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzetində dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, İrana qarşı sanksiyaların aradan qaldırılması onun enerji bazarında önə çıxmasını təmin etdi: "İran dünya bazarlarına çıxmağı çox arzulayır. Şimali İraq Kürd Muxtariyyəti isə təbii qaz və neftini satmaq məsələsində mərkəzi hökumətlə yaşadığı problemlərə baxmayaraq, Türkiyə ilə birgə hərəkət etməkdə qərarlıdır.

Rusiya ilə yaşanan təyyarə böhranından sonra "Türk axını" layihəsi rəfə qoyuldu. Təbii qaz ehtiyacının 50 faizini Rusiyadan alan Türkiyə alternativlər axtararkən, bölgədə alternativ olmaq istəyən bir sıra ölkələr oldu. Ən böyük SPG (mayeləşdirilmiş qaz) ixracatçısı olan Qatarla uzunmüddətli anlaşma əldə olundu. Türkiyənin fərqli ölkələrlə enerji ortaqlığı onun regional enerji xəritəsində gücünü artırır".

Qəzet İsrailin 2009-cu ildə Leviathan və Tamar bölgələrində kəşf etdiyi təbii qazı satmağa yeri olmadığına diqqət çəkib.

"Misir və İordaniya ilə anlaşma əldə olunması prosesi hələ başlamayıb. İsrail ixracatı necə həyata keçirəcəyini də hələ müəyyən edə bilməyib. Təbi qazın SPG olaraq, yoxsa boru xətti ilə daşınacağı da məlum deyil. Belə vəziyyətdə Türkiyə daha təhlükəsiz və ucuz marşrut təklif edir. İsrail Türkiyəyə təbii qaz ixrac edərsə, bununla o, Avropa bazarına da çıxış əldə edəcək. Türkiyə olmadan onun dünya bazarına çıxışı çətindir", - deyə məqalədə vurğulanır.

Qeyd edək ki, İsrail qazının Türkiyəyə çıxması onun TANAP vasitəsilə Avropa bazarına daşınmasını şərtləndirəcək. Bu isə Türkiyə ilə yanaşı, Azərbaycanın da böyük qazanc əldə etməsini təmin edə bilər.

"Yeni Şafak" isə yazır ki, Şimali İraq qazı TANAP vasitəsilə Avropaya çıxa bilər: "İsrail isə yeni layihələr həyata keçirə bilər. Bu amil Rusiya və İranın bölgədə illərdir davam etdirdiyi hakimiyyət sahəsini daraldacaq".

Tarix
2016.06.30 / 19:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla