Yuxarı

Mansel: “Bu, Fransa və Azərbaycanın qələbəsidir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Assambleyasının xarici məsələlər üzrə komitəsinin iclasında ermənipərəst deputatların Fransa ilə Azərbaycan arasında ikitərəfli siyasi, iqtisadi və diplomatik münasibətlərə dair xüsusi araşdırma komitəsinin yaradılması təklifinin yolverilməz olduğu bildirilib və bu barədə qətnamə layihəsi rədd edilib.

Axar.az xəbər verir ki, Azərbaycanın Dostları Assosiasiyasının sədri, deputat Jan-Fransua Mansel ermənipərəst deputatların irəli sürdükləri təklifin yolverilməzliyi və rədd edilməsi ilə bağlı Milli Assambleyanın qərarını yüksək qiymətləndirib və bununla bağlı məlumat yayıb.

Jan-Fransua Mansel ermənipərəst Fransua Roşbluanın irəli sürdüyü təklifin rədd edilməsi ilə bağlı Milli Assambleyanın xarici əlaqələr komitəsinin qəbul etdiyi məsuliyyətli qərarı alqışladığını bildirərək deyib ki, ermənipərəst deputat bu təkliflə yüksək səviyyəli Fransa-Azərbaycan diplomatik münasibətlərini və iki xalq arasında dərin dostluq əlaqələrini nəyin bahasına olursa-olsun ləkələməyə cəhd edirdi.

Xarici əlaqələr komitəsi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini əks etdirmək məqsədi ilə "Dağlıq Qarabağ məlumat missiyası" yaratmağı qərara alıb. Qərara ermənipərəst Fransua Roşbluandan başqa bütün deputatlar səs veriblər. Çünki belə bir missiyanın yaradılması onun Azərbaycana qarşı apardığı sistemli qarayaxma xarakterli hücumlarına cavab vermir.

"Fransa Milli Assambleyasının xarici məsələlər üzrə komitəsinin bu qərarı Fransa-Azərbaycan dostluğunun qələbəsidir", - deyə Jan-Fransua Mansel vurğulayıb.

Tarix
2016.06.30 / 22:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla