Yuxarı

Bakı bunu İrəvana yaşatmayacaq: Xülya bitir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ortada olan həll variantları, xüsusən, Rusiyanın təklifləri, Qarabağın status məsələsi, ermənilərin Vardenisdən Ağdərəyə çəkdikləri yola Laçın dəhlizi statusunun verilməsi haqqında məsələ qaldırmaları danışıqlar prosesinə qarışıqlıq gətirib.

Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli danışıb. Sabiq dövlət müşaviri bildirib ki, bu gün Ermənistanda həddindən artıq radikal, təcavüzkar bir ovqat var:

"Ermənilər, necə ki, Laçın koridoru və onun ətrafında 15 kilometrlik xüsusi bufer zonanın yaradılması istəyirlər, eləcə də Kəlbəcərlə bağlı da eyni fikrə düşüblər. Beləliklə, Kəlbəcər və Laçının geri qaytarılması natamam baş tuta və bu nöqteyi-nəzərdən danışıqlar prosesi ləngiyə bilər. Məsələ burasındadır ki, bu gün Ermənistanda həddindən artıq radikal, təcavüzkar bir ovqat var. Moskva İrəvana təzyiq edən kimi, dərhal anti-rus dalğası baş qaldırır. Rusiya apreldən sonra Azərbaycana ehtiyatla yanaşır. Vyana və Sankt-Peterburq görüşlərilə Bakı-Moskva arasında ticari, hərbi əlaqələr genişlənəcək. Azərbaycanın qarşıya qoyduğu əsas strateji məqsədi Dağlıq Qarabağla bağlı hədəfləridir. Bölgədə normal sülh şəraiti üçün lazım olan şərtlərin meydanda olduğunu iddia edə bilmərik. Çünki ermənilər özlərini son dərəcə pis aparırlar, üstəlik, yeni havadarları da peyda olub".

Siyasi konyunkturanın geniş hərbi əməliyyatların aparılmasına imkan vermədiyini qeyd edən politoloqa görə, bu şəraitin dəyişməsi Rusiya və Amerikanın irəli sürəcəyi şərtlərdən asılı olacaq:

"İndiki vəziyyət diktə edir ki, Azərbaycan istər hərbi, istərsə də siyasi sahədə tələsməməlidir. Bizi qarşıda çox böyük diplomatik döyüşlər gözləyir. Yalnız 5 rayon ətrafında ciddi söhbətlər gedir, Kəlbəcər və Laçınla bağlı ciddi konsensusa nail olunmayıb. Dünyada baş verən son dəyişiklər Azərbaycanın fəal mövqeyini getdikcə artırır. Uzağı 3-5 ilə daha güclü olacağıq və təsir imkanlarımız xeyli artacaq. Gözlədiyimiz əlverişli məqam arzu etdiyimiz nəticələrlə başa çata bilər. Qarabağ məsələsi siyasi və hərbi sahədə həlledici fazaya daxil olub. Hər iki fazanın təsir gücü hazırda bərabərdir və istəsək, avqustda vəziyyəti kökündən dəyişə bilərik. Lakin Bakı sülh xəttinə sadiqdir və danışıqlar prosesində çox ciddi mübarizə aparacaq".

Tarix
2016.07.01 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla