Yuxarı

Xəstəni öldürən həkim deputatın əmisi çıxdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəfər Quliyev mənim əmimdir və 50 ildir ki, millətə xidmət edən tanınmış cərrahlardan biridir, eyni zamanda, prezident tərəfindən də medalla təltif olunub.

Bu sözləri Axar.az-a açıqlamasında ötən gün Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişən Lumu Veyisovanın ölümünə bais olan həkim Cəfər Quliyevin qohumu olması barədə danışarkən millət vəkili Fərəc Quliyev deyib.

Hadisədən təəssüfləndiyini deyən deputat bildirib ki, istənilən həkimin öz xəstəsini itirməsi çox üzücüdür:

"Cəfər Quliyev Sumqayıtda kasıb adam kimi tanınır. İndiyə qədər təmənnalı bir iş görməyib. Bu hadisə hər bir cərrahın həyatında baş verə bilər. Təbii ki, çox təəssüfləndirici bir məsələdir. Xəstənin yaxınlarının hadisədən razı qalmamalarını başa düşürəm, onlar yaxınlarını itiblər. Ancaq hamımız insanıq. Bunları qətiyyən əmimi müdafiə məqsədilə söyləmirəm..."

Lumu Veyisova xəstəxanaya iyunun 26-da daxil olub. İyunun 27-də isə həkim, 81 yaşlı Cəfər Quliyev onu əməliyyat edib. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin yaxınları həkimin səhv etdiyini və xəstənin damarlarını kəsdiyini bildiriblər.

L.Veyisova bu gecə xəstəxanada dünyasını dəyişib.

81 yaşlı, əli əsdiyi deyilən və əli əsdiyi üçün də səhvən xəstənin həyati vacib damarlarını kəsən cərrahın bu vaxta qədər pensiyaya çıxmamasının səbəbi kimi Səhiyyə Nazirliyi həmin xəstəxanada cərraha olan tələbatı göstərib. Sosial şəbəkələrdə isə C.Quliyevin millət vəkili olan qohumu Fərəc Quliyevin sayəsində indiyə qədər əmək fəaliyyətini davam etdirdiyi və pensiyaya göndərilmədiyi iddia edilir.

Tarix
2016.07.01 / 09:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla