Yuxarı

İrəvanda yüksək rütbəli hərbçilərin həbsi başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş Prokurorluğu aprel döyüşləri barədə açıqlama verib.

Axar.az xəbər verir ki, Ermənistanda bir neçə yüksək rütbəli hərbi qulluqçu həbs olunub, hazırda geniş araşdırma aparılır.

Məlum olub ki, təmas xətti boyunca dislokasiya olunmuş hərbi hissələrin mövqeləri təlimata uyğun hazırlanıb. Qoşunların müdafiə xəttinin düzgün qurulmaması, qarşı tərəfin artilleriya atəşindən qorunmaq üçün sığınacaqların olmaması və ya mövcud sığınacaqların standartlara cavab verməməsi səbəbindən döyüş itkilərinin sayı artıb. Həmçinin araşdırma zamanı təmas xətti boyu bölmələrdə hərbi qulluqçuların döyüşə hazırlıq səviyyəsinin aşağı olması, silah-sursatın çatışmazlığı, ərzaq və digər təminatların da aşağı səviyyədə olduğunu üzə çıxıb.

Xəbərdə komissiyanın hazırladığı geniş açıqlamanın ictimaiyyətə acıqlanacağı qeyd olunub.

Qeyd edək ki, Ermənistan rəhbərliyi apreldə itkilərinin bir hissəsini ictimaiyyətdən gizlətməyə çalışsa da, Helsinki Assambleyasının Ermənistan ofisi, digər QHT və müstəqil ekspertlər Ermənistan ordusunun mövcud vəziyyətini aşkara çıxarıb və bunu öz hesabatlarında göstəriblər. Hesabatda hazırkı müdafiə naziri Seyran Ohanyanın orduya rəhbərlik etmək səriştəsinin olmaması və zamanının çox hissəsini hakimiyyətin digər nümayəndələri ilə intriqalara sərf etdiyi də vurğulanır.

Erməni sosial şəbəkə istifadəçiləri isə Dördgünlük müharibədə 322 erməni əsgərin öldüyünü, 1000-ə yaxın hərbçinin yaralandığını, morqlarda ölülərə, xəstəxanalarda yaralılara yer tapılmadığını, yaralıların müalicəsi üçün dərman çatışmadığını bildiriblər.

Qeyri-rəsmi olaraq ermənilərin 1-17 aprel tarixlərinə olan itkilərinin sayı 339 nəfər göstərilir.

Tarix
2016.07.01 / 10:10
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla