Yuxarı

Saakaşvili: “İstanbul terrorçusunu Tiflis azad edib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atatürk Hava Limanında baş verən teraktın təşkilində əsas şübhəli olan çeçen əsilli Əhməd Çatayev həbs edilib, amma sonradan, 2012-ci ildə Gürcüstan tərəfindən azad olunub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı öz Feysbuk səhifəsində Odessa qubernatoru Mixail Saakaşvili paylaşıb.

O, Çatayevin məhz onun hakimiyyəti dövründə həbs edildiyini bildirib:

"Ona qarşı Gürcüstanda general Georgi Lordkipanidzenin rəhbərliyi altında əməliyyat keçirilib və o, həbs edilib. Bu əməliyyat zamanı təhlükəsizlik qüvvələrindən üç nəfər həlak olub. 2012-ci ildə olan hakimiyyət dəyişikliyindən sonra Bidzina İvanişvilinin rəhbərlik etdiyi yeni Gürcüstan hökuməti Çatayevi azad etdi. Bəzi hökumət liderləri isə onu siyasi məhbus belə adlandırdılar".

Qeyd edək ki, bir müddət öncə İstanbulda törədilən terakt zamanı 42 nəfər həlak olub, 239 nəfər yaralanıb. Terroru törədənlərdən biri - Əhməd Çatayev "Təkqol" ləqəbi ilə məşhurdur. O, "Qafqaz İmarəti" terror təşkilatının mərhum lideri Doku Umarovun müavini olub. Rusiya kəşfiyyatı bir müddət öncə Avropadakı terrorların törədilməsinə İŞİD-də məhz Çatayevin rəhbərlik etdiyi haqqında informasiya yayıb.

Tarix
2016.07.01 / 10:32
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla