Yuxarı

ATƏT-in yay sessiyası Tiflisdə: Qarabağ müzakirəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tiflisdə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası başlayır.

APA-nın verdiyi xəbərə görə, sessiya "Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək..." mövzusuna həsr olunub.

Sessiyanın açılışında Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Gürcüstan parlamentinin sədri David Usupaşvili, baş nazir Giorgi Kvirikaşvili, ATƏT PA-nın prezidenti İlkka Kanerva və ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer çıxış edəcək.

Sessiya zamanı dünyanın 50-yə yaxın ölkəsindən 300-ə qədər parlament üzvü təhlükəsizlik, insan haqları, iqtisadiyyat və ərtaf mühit məsələləri ilə əlaqədar bu gün ən aktual məsələlərlə bağlı müzakirələr keçirəcək və qətnamələr qəbul edəcək.

Dağlıq Qarabağ münaqişə zonasında son hərbi eskalasiya da daxil olmaqla Ukraynadakı münaqişə, Gürcüstanda həlli uzadılmış münaqişələr, Krımda fundamental azadlıqlar, Avropada neonasizm, iqlim dəyişikliyi ilə bağlı məsələlər əsas müzakirə mövzuları olacaq.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti də sessiyada iştirak edəcək. Artıq Azərbaycanın Milli Məclisin sədri Bahar Muradovanın başçılığı ilə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti Tiflisdədir.

Qeyd edək ki, sessiya iyulun 5-dək davam edəcək.

Tarix
2016.07.01 / 11:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla