Yuxarı

“Atatürk”ü qana boyayan Çatayev kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya mətbuatı İstanbulun Atatürk Hava Limanında 44 adamın ölümü ilə nəticələnən terror hücumu ilə bağlı sensasion məlumat yayıb.

Axar.az xəbər verir ki, terror hücumunu təşkil edənlərdən biri, Dağıstan əsilli Rusiya vətəndaşı Əhməd Çatayev bu vaxta qədər dörd müxtəlif ölkədə nəzarətə alınıb, daha sonra isə sərbəst buraxılıb. Ayrıca Çatayev Rusiya xüsusi xidmət orqanları tərəfindən axtarışda olub.

Çatayev 2003-ci ildə Avstriyaya gedərək siyasi sığınacaq tələb edib. 2008-ci ildə İsveçin Trelleborq limanından ölkəyə girməyə çalışarkən saxlanılıb. Bir müddət sonra isə avtomobilində Kalaşnikov avtomatı və xeyli partlayıcı maddə ilə həbs olunub.

İsveçdə bir illik həbsdən sonra sərbəst buraxılan Çatayev daha sonra Ukraynaya gedib. Bu ölkədə də təkrar nəzarətə alınan Dağıstan əsilli döyüşçü haqqında Rusiyaya deportasiya etmək qərarı verilib. Lakin Ukrayna insan hüquqları təşkilatları qərara etiraz edərək terrorçunun vətəninə deportasiya edilməsinə imkan verməyib. Daha sonra Avstriyaya göndərilən Çatayev Bolqarıstan-Türkiyə sərhədini qeyri-qanuni yolla keçərkən nəzarətə alınıb.

Çatayev 2012-ci ildə Gürcüstanın Lopota vilayətində yaranan qarşıdurmadan sonra həbs olunub. 2012-ci ildə Bidzina İvanişvilinin rəhbərliyi altında qurulan yeni hökumət onu siyasi məhbus hesab etdiyi üçün azadlğa buraxıb.

"Kommersant" qəzetinin xəbərinə görə, Gürcüstanda yaşanan qarşıdurmada bir qolunu itirən Çatayev "tək qollu" mənasını verən "Odnoruki" ləqəbi ilə tanınırmış. O, Şimali Qafqazda İŞİD üçün döyüşçü də toplayıb. Hətta Moskva Dövlət Universitetinin tələbəsi Varvara Karaulovanın İŞİD-ə qoşulmasında da Çatayevin vasitəçilik etdiyi təxmin edilir.

Qeyd edək ki, iyunun 28-də Atatürk aeroportunda üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həalk olub, 237 nəfər yaralıb.

Türkiyə hökuməti Atatürk aeroportuna hücumun arxasında İŞİD-in dayandığını bildirib. Artıq terror hadisəsi ilə əlaqəsi olan 13 nəfər saxlanılıb. Onlardan 3-ü əcnəbidir.

Tarix
2016.07.01 / 11:22
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla