Yuxarı

İngilis nəşrindən Türkiyəyə inanılmaz dəstək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Atatürk Hava Limanında baş verən dəhşətli terror bizim üçün Orlando və Paris teraktları qədər ağrılı deyil.

Axar.az xəbər verir ki, bu iddia ilə İndependent nəşri çıxış edib.

Mett Eyton yazısında Avropa və ABŞ-ın müsəlmanlara qarşı törədilən terror aktlarını niyə ağrı ilə, ürək yanğısı ilə hiss etmədiklərindən şikayətlənib:

"Paris və Orlandə teraktlarından fərqli olaraq İstanbul terroru heç bir həftə dünya mediasının gündəmində qalmadı. Sosial şəbəkələrdə bu terakt milyonlarla insanın etirazına səbəb olmadı, siyasətçilər teraktı ağızdolusu, yanğı ilə pisləmədi.

Buna səbəb nədir? İstanbulda həyatını itirənlər Paris terrorundakı qurbanlardan nə ilə fərqlənir?

Böyük Britaniyanın Baş naziri Devid Kemeron Belçika terrorundan sonra Dauninq küçəsində Belçika bayrağını dalğalandırdı. İstanbul terrorunda isə sadəcə "üzgünəm" deməklə kifayətləndi.

Niyə İstanbul teraktından sonra Qüds divarları Türkiyə bayrağına bürünmədi?

Əgər terror hansısa Avropa Birliyi ölkəsində və ya ABŞ-da olsaydı, insanlar yenə də məsələyə belə soyuq yanaşardımı? İlk addımı böyük siyasətçilər atmalı idi. Dünya siyasətçilərinin Türkiyədəki terror olaylarına biganə yanaşdığı hər kəsə məlumdur.

"Biz – qərblilərin terror aktı nəticəsində ölməsi faciədir, onların – türk və ərəblərin ölümü isə regiondakı qeyri-sabitliyin göstəricidir". Bu, necə yanaşmadır?

Biz belə bölücü, separatçı davrandıqca ekstremistlər bizə qalib gələcək. Müsəlman bacı və qardaşlarımıza sahib çıxaq!"

Tarix
2016.07.01 / 13:03
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla