Yuxarı

“Almaniya Qarabağın həllindən çox…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı 7 maddəlik təkliflər paketinə toxunmaması göstərir ki, Berlin münaqişənin həllindən çox atəşkəsin qorunmasına çalışır.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi Almaniyanın bölgədə növbəti eskalasiyadan ehtiyatlandığını deyib:

"Rəsmi təkidlə Bakı Vyana və Sankt-Peterburqda təkidlə insidentlərin araşdırılma mexanizminin status-kvonun uzanmasına xidmət etdiyini bildirib".

Politoloq hesab edir ki, Berlinin Dağlıq Qarabağın azərbaycanlı icması ilə erməni icması arasında davamlı görüşlərin keçirilməsinə dair təşəbbüsü Bakının maraqlarına cavab verir:

"Ancaq Dağlıq Qarabağın erməni icması danışıqlara yalnız erməni qoşunları Azərbaycan ərazilərini tərk edikdən sonra qatıla bilər. İrəvan isə hazırda buna mane olur. Bundan başqa, prezidentlərin növbəti dəfə Parisdə görüşməsi ilə bağlı təklif də, Lavrovun iyulun 4-də İrəvana və Bakıya səfəri də daha çox atəşkəsin uzunmüddətli olmasına köklənib".

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer iyunun 30-da Azərbaycanda işgüzar səfərdə olub və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb.

Tarix
2016.07.01 / 13:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla