Yuxarı

Ermənilər səhv düşünürdülər... - ABŞ səfiri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyulun 1-də ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekutanın müraciəti əsasında onunla görüşüb.

Dövlətqaçqınkomun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə Robert Sekuta aprel hadisələrindən sonra Yevlax, Bərdə, Goranboy və Tərtər rayonlarına səfər etdiyini, orada məskunlaşan məcburi köçkünlərlə görüşdüyünü, onların öz doğma torpaqlarına qayıtmaq istəklərinin şahidi olduğunu, Bərdə rayonunun Yeni Daşkənd ərazisində həyata keçirilən su təchizatı layihəsi ilə maraqlandığını qeyd edib və təmas xəttində baş verən son hadisələrin yenidən təkrarlanmaması üçün öz səylərini gücləndirdiklərini diqqətə çatdırıb.

Baş nazirin müavini Əli Həsənov Prezident İlham Əliyevin ABŞ-a səfərini, orada keçirdiyi yüksək səviyyəli görüşləri xatırladıb və bu görüşlərin Azərbaycan ilə Birləşmiş Ştatlar arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirib. O, həmçinin Prezidentin apardığı xarici siyasət nəticəsində Azərbaycan və ABŞ arasında hər zaman yaxşı əlaqələrin olduğunu və bu əlaqələrin bu gün də inkişaf etdiyini vurğulayıb.

Görüşdə Baş nazirin müavini ABŞ-a etdiyi səfərə toxunaraq bildirib: "Bu il aprelin 19-21-də BMT Baş Assambleyası dünyada narkotik probleminin müzakirəsi üçün xüsusi bir sessiya təşkil etdi. Prezidentin tapşırığına əsasən həmin tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri kimi mənim rəhbərliyimlə nümayəndə heyəti də iştirak etdi və mən Azərbaycan hökuməti adından çıxış etdim. BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında əsas tribunadan birinci beş şəxsə söz verildi ki, onlardan biri Azərbaycan nümayəndə heyəti oldu. Təbii ki, bu, Azərbaycan dövlətinə və Prezidentinə olan münasibətdən irəli gələn bir məsələ idi. Həmin xüsusi sessiyada bildirdik ki, əvvəllər əfqan narkotiki ölkəyə üç marşrutla daxil olurdu, dördüncü marşrut kimi isə işğal altında olan ərazilərdən istifadə edilir, yəni dövlət sərhədlərimizin 132 kilometrinin bizim nəzarətimiz altında olmaması, bilavasitə Ermənistanın nəzarəti altında olması səbəbindən zəbt edilmiş həmin ərazilərdə Ermənistan tərəfindən külli miqdarda narkotiklərin əkilib-becərilməsi, orada xüsusi laboratoriyalar vasitəsilə onun hazırlanması və satışı üçün xaricə göndərilməsi təşkil edilir. Ondan əldə olunan gəlirlərlə silah alınması və bizim ölkəyə qarşı yönəlməsi faktlarını sadaladıq. Bundan əlavə, bildirdik ki, orada xüsusi hərbi birləşmələrin formalaşdırılması və dünyada olan konflikt zonalarına göndərilməsi halları mövcuddur".

Aprel ayında baş vermiş hadisələrdən sonra Füzuli, Ağdam və Tərtər rayonlarına səfəri haqqında məlumat verən Baş nazirin müavini diqqətə çatdırıb ki, ermənilərin Ağdam, Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması nəticəsində 17 nəfər məcburi köçkün şəhid olub, ümumilikdə götürdükdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Lakin bütün bunlara baxmayaraq, yerli əhali kimi məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir, Azərbaycan dövlətinin, Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirirlər. Ermənilərin təxribatçı hücumları nəticəsində zərər çəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə bərpa edilir və bütün bu işlər qısa müddətdə başa çatdırılacaq. Bundan başqa, məcburi köçkünlərə dəymiş maddi ziyan hesablanıb. Onların hər birinə bankda hesab açılıb və bu vəsait onların şəxsi hesabına köçürülüb.

Əli Həsənov, həmçinin vurğulayıb ki, 1993-cü ildə ermənilər bizim mülki əhalini atəşə tuturdular. İnsanların arxasında güclü ordu olmadığından onlar o əraziləri tərk etdilər. Bu ilin aprel ayında ermənilərin təmas xəttində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqla faşist Sarkisyan rejimi fikirləşirdi ki, yenə əhali öz yerlərini tərk edəcək. Ancaq onlar səhvə yol verdilər. Onlar bilməlidirlər ki, bu gün xalqın arxasında güclü ordu var. Hələ ulu öndər Heydər Əliyevin vaxtında, 1993-cü ilin dekabrında Horadiz əməliyyatı zamanı Prezident, xalq və ordu arasında birlik təmin edildi. Bu birlik aprelin 2-5-də yenidən baş verdi. Bu gün Azərbaycan Prezidenti ilə Azərbaycan xalqı və ordusu arasında monolit birlik var və bunun nəticəsidir ki, aprelin əvvəllərində ordumuz bu uğurları əldə etdi. Ermənilər dərk etməlidirlər ki, sülhə gəlməkdən başqa yol yoxdur. Hesab edirəm ki, orada olan xalq bunu bilir, ancaq hakimiyyətdə olan faşist rejimi bunu istəmir, çünki onlar bu problemin üzərindən hakimiyyətə gəliblər. Bəzən ATƏT-in Minsk qrupunun həmsədrləri deyirlər ki, bu xalqların yenidən qonşuluqda yaşamaları üçün qarşılıqlı etimad lazımdır. Ancaq onlar bilməlidirlər ki, bu xalqlar 200 il qonşuluqda yaşayıblar və bundan sonra da yaşamalıdırlar. ATƏT-in Minsk qrupu xalqlar arasında sorğu aparsalar onda onlar reallığı görərlər. Burada zərər çəkən xalqdır. Ancaq xalq qalıb kənarda. Erməni xalqı da bu problemin həll olunmasını çoxdan istəyir. Heç olmasa, bu ölkənin faşist prezidenti öz xalqını fikirləşsin. Sarkisyan 20 ildir öz xalqına nə verib? Hər dəfə daxildə gərginlik yarananda Sarkisyan rejimi atəşkəsi pozur və xalqın fikrini yayındırır.

Görüşdə səfir Robert Sekuta deyib ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlərə baxdıqda demək olar ki, Azərbaycan onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. "Buraya gəldiyim ilk gündən belə bir fikir səsləndirmişəm ki, uzun illərdir insanların yaddaşına hopmuş "dondurulmuş münaqişə" ifadəsi yanlışdır, belə bir şey yoxdur. Aprel hadisələri zamanı Ermənistan tərəfi düşünürdü ki, vəziyyət yenə də 1993-cü ildəki kimi olacaq. Amma onlar səhv düşündülər, - deyə səfir qeyd edib.

Azərbaycan-ABŞ münasibətlərindən danışan Robert Sekuta məqsədinin iki dost ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək olduğunu deyib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını bildirən diplomat deyib ki, rəsmi Vaşinqton cəbhə bölgəsinin təmas xəttində baş verən hadisələri çox diqqətlə izləyir. Son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması bizi narahat edir. İnsan itkilərinin artması bizi səylərimizi daha da artırmağa və sülhə nail olmağa çağırır. Bu problemin həll olunması üçün birgə səylər göstərmək lazımdır.

Azərbaycan ilə ABŞ arasında bir sıra sahələrdə geniş imkanların olduğunu söyləyən səfir bildirib ki, mövcud imkanlar hesabına əlaqələri daha da genişləndirməliyik.

Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq.

Sonda Əli Həsənov nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan heç vaxt öz əzəli torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Biz problemin sülh yolu ilə həll olunmasını istəyirik. Prezident, eyni zamanda, bildirib ki, biz istəmirik erməni analarının da gözləri yaşlı olsun. Bu, Azərbaycan Prezidentinin humanistliyidir, insanpərvərliyidir.

Tarix
2016.07.01 / 19:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla