Yuxarı

Abbaszadə ilə nazir müavini arasında fikir ayrılığı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda çıxış edən direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirilmiş imtahanlar barədə məlumat verib, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılmış müsabiqənin ilkin nəticələrini təqdim edib.

Bildirilib ki, ötən ilki nəticələrə əsaslanaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqə aparılmasını təklif etsə də, bəzi ali təhsil müəssisələrinin planında müsabiqənin ayrı aparılması göstərilib. TQDK öz təklifini onunla əsaslandırıb ki, Azərbaycan və rus bölmələrinin kontingentlərinin saylarında kəskin fərq olduğuna görə müsabiqə ayrı aparıldıqda keçid balları arasında da kəskin fərq yaranır. Təhsil nazirinin müavini Ceyhun Bayramov vurğulayıb ki, ali təhsil müəssisələri bu kimi məsələlərin həllində sərbəstdirlər, müsabiqənin birgə aparılması tədrisin təşkilində çətinliklərin yaranmasına (rus bölməsində qrupların komplektləşdirilməməsinə) səbəb olduğundan onlar müsabiqənin ayrı aparılmasına üstünlük verirlər.

Sonra sədr üç istiqamət üzrə aparılmış buraxılış imtahanlarının ilkin nəticələrini təqdim edilib. Təhsil nazirinin müavini C.Bayramov qeyd edib ki, nazirliyin həyata keçirdiyi layihə çərçivəsində nəticələri zəif olan bir neçə rayonda xüsusi tədbirlər görülüb, şagirdlər əlavə məşğələlərə cəlb olunub.

Bununla yanaşı, sədr buraxılış imtahanlarında imtahan protokollarına əsasən yazma-oxuma bacarığı olmayan şagirdlər haqqında məlumatı da təqdim edib.

M.Abbaszadə bildirib ki, bu hallar barədə 2012-ci ilədək heç vaxt məsələ qaldırılmayıb, onlar ilk dəfə TQDK tərəfindən buraxılış imtahanları keçirilməyə başladıqda üzə çıxıb. C.Bayramov qeyd etdi ki, rəsmi statistikaya əsasən, Azərbaycanda savadlılıq 99.8% təşkil edir, yəni əhalinin 0.2% savadsızdır. Bu, dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Qlobal yanaşmada belə şagirdlərin mövcudluğu o qədər də böyük problem deyil. Bununla yanaşı, nazirlik müvafiq təhsil şöbələrinə gələcəkdə belə hallara rast gəlinməməsi məqsədilə həmin şagirdlərlə xüsusi məşğul olmağı tapşırıb.

Tarix
2016.07.01 / 20:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla