Yuxarı

O özünü əsil kişi kimi apardı, biz isə... – Bağırovu satan adam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mircəfər Bağırov Azərbaycan tarixinin ən ziddiyyətli şəxsiyyətləri sırasında ilk sıralarda yer tutur. Zaman-zaman onun haqqında "yaxşı" və "pis" deyə bəhs edilib və hər iki cəbhə öz mövqeyini müxtəlif arqumentlərlə sübuta yetirməyə çalışıb. Lakin hələ də Mircəfər Bağırovun Azərbaycan tarixində hansı yerdə dayandığı qəti müəyyənləşməyib.

Bu günlərdə M.Bağırovun əmisi nəvəsi, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun fikirləri bu tarixi şəxsiyyəti yenidən gündəmə gətirdi.

"Mircəfər Bağırovun ayağına yazılan cinayətlərin 90 faizi həqiqətə uyğun deyildi", - deyə nazir "pis" deyənlərin mövqeyini qəti şəkildə inkar edir və bildirir ki, Kommunist Partiyasının Bağırovdan əvvəlki rəhbərləri repressiyaya məruz qalmışdılar.

"Bunları Mircəfər Bağırov yox, Moskvadan etmişdilər. Növbə ona da çatdı. Bunun da iki səbəbi var idi. Birinci, Xruşşovla şəxsi problemləri var idi. Xruşşov Politbüronun üzvü Beriyanı öldürtdürüb, çevriliş edərək hakimiyyəti ələ keçirdi. Əlinə fürsət düşdüyü üçün Mircəfər Bağırovdan qisasını aldı. Mircəfər Bağırovla Beriyanın yaxşı münasibətləri var idi. İkincisi, Mircəfər Bağırovun həbsindən sonra onun masası ətrafında oturub daima onunla qədəh qaldıran məşhur yazıçılar özlərini çox diskomfort hiss etdilər. İndi də həmin şəxslərin oğul-qız yazıçıları bu narahatlığı davam etdirirlər. Həmin dövrdə onun masası ətrafında oturanlar qısa müddətdə mövqelərini dəyişdilər. Psixoloji baxımdan bunu anlamaq olur. Çünki onlara dedilər ki, kəsin, doğrayın, yıxın, sürüyün. Axı dünən bunlar bir yerdə idilər. Həmin diskomfortun təzyiqidir ki, indi də deyirlər belə olub. Xəyanət edən bunu ömür boyu müdafiə etməlidir", - deyən nazir bununla Bağırova "pis" deyənlərin kimliyinə də işarə vurub.

Lakin nazir konkret ad çəkməyib. Maraqlıdır, Hüseynqulu Bağırovun haqlarında danışdığı yazçılar və onların övladları kimdir?

Mircəfər Bağırovun fəaliyyətini tədqiq edən Adıgözəl Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, Hüseynqulu Bağırovun özü tarixçidir və o, güman ki, bu sözləri elə-belə deməyib: "Azərbaycanda ilk dəfə Mircəfər Bağırovun istintaq materiallarını araşdıran bir şəxs kimi Hüseynqulu Bağırovun bu və ya digərlərinin fikirləri ilə razıyam. Mircəfər Bağırov dövrünün şəxsiyyəti idi. O dövrün bütün çətinliklərinə baxmayaraq, onda milli ruhun elementləri var idi. Onun bu və ya digər formada Azərbaycan varlığının qorunmasında xidmətlərini nəzərə alaraq, belə qənaətə gəlirəm. Hesab edirəm ki, o bütün səhvləri ilə bərabər tarixi şəxsiyyətdir".

A.Məmmədov M.Bağırovla bağlı bir maraqlı tarixi faktı da açıqlayıb və bu haqda ilk dəfə danışdığını qeyd edib.

"Mən Mircəfər Bağırovun işdən çıxarıldığı plenumun materiallarını araşdırmışam. Plenumda onun əleyhinə səs verənlər əvvəllər onunla çiyin-çiyinə işləmiş adamlar idi. Teymur Quliyev, Mirteymur Yaqubov, İmam Mustafayev və digərləri. Moskva Bağırovun təklənməsi kampaniyası başlatmışdı və ona yaxın olan şəxslərin hamısı bu kampaniyada yer alırdı. Onlar özlərini qorumaq üçün buna getdilər. Lakin sonrada İmam Mustafayevdən başqa digərləri Bağırova qarşı yaxşı çıxış etmədikləri üçün təmizləndilər. Teymur Quliyev və Mirteymur Yaqubov da onlar arasında idi. Hüseynqulu Bağırov əslində doğru deyir", - deyə o bildirib.

Tədqiqatçı əlavə edib ki, o, Bağırovla bağlı araşdırma prosesində Teymur Quliyevin qızı Minarə xanımla görüşüb: "Teymur Quliyev Bağırova qarşı yaxşı çıxış etmədiyi üçün sovxoz sədri göndərilmişdi. Qızı Minarə xanım mənə danışırdı ki, atası son günlərində çox narahat idi: "Biz ondan soruşduq ki, niyə əzab çəkirsən. Dedi ki, Mircəfər Bağırov yuxumdan çıxmır, gözlərimi yuman kimi gəlir. Son ifadəsi də bu idi ki, Mircəfər Bağırov özünü sona qədər əsil kişi kimi apardı. Biz ona qarşı kişilik etmədik". Bu Minarə xanımın mənə dedikləridir. Bir çox fakt Mircəfər Bağırov haqda yanlış fikirlərin olduğunu göstərir".

Tarix
2016.07.01 / 20:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla