Yuxarı

"Bu, Ermənistandan başqa heç kimi qane etmir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyasının Tiflisdə işə başlayan 25-ci sessiyası çərçivəsində iyulun 1-də qurumun daimi komitəsinin iclası keçirilib.

Axar.az xəbər verir ki, büro üzvlərinin, xüsusi məruzəçilərin və nümayəndə heyətləri rəhbərlərinin iştirak etdikləri tədbirdə sessiyanın gündəliyi, görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub, məruzələr, sədrin xüsusi nümayəndələrinin hesabatları dinlənilib.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova iclasda müzakirə olunan məsələlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məruzə ətrafında müzakirələrdə çıxış edib.

Bahar Muradova jurnalistlərə müsahibəsində deyib: "Biz Azərbaycan nümayəndə heyəti olaraq komitə iclaslarında və sessiyalarda müzakirə olunan məsələləri daim diqqətdə saxlayırıq. Azərbaycan ilə bağlı bütün məsələlərə aydınlıq gətiririk. Bugünkü komitə iclasında da ATƏT sədrinin məruzəçisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məlum aprel hadisələri barədə qısa məlumat verdi. Lakin mən komitə üzvlərinin məsələ ilə bağlı daha dolğun məlumatlandırılmasını vacib saydım və aprel hadisələrinin səbəb və nəticələri, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair sülh danışıqlarının bəzi detalları barədə məlumat verdim. Bildirdim ki, mövcud status-kvo Ermənistandan başqa heç kimi qane etmir. Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi, problemin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir, bununla bağlı müxtəlif addımlar atır".

Bahar Muradova atılacaq addımların ATƏT-in bütün institutları ilə bərabər səviyyədə koordinasiya olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, sülh danışıqlarının davam etdiyi bir vaxtda tərəflərin də hərəkətlərində müəyyən dəyişikliklər edilməlidir. O, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həllinə dəstək verdiyini diqqətə çatdırıb: "Mən Azərbaycanın haqlı mövqeyini bir daha diqqətə çatdırdım və ərazilərimizin mərhələli şəkildə olsa da işğaldan azad edilməsinin tərəfdarı olduğumuzu vurğuladım. Bildirdim ki, Ermənistan tərəfi bunu da birmənalı şəkildə rədd edərək danışıqlar prosesini əngəlləyir".

Mili Məclis sədrinin müavini bunların aradan qaldırılması, ümumi prosesə təkan verilməsi üçün ATƏT-in bütün institutlarının bərabər və səmərəli şəkildə işləməsinin vacibliyini vurğulayıb.

Bahar Muradovanın çıxışı münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar prosesinin ruhuna uyğun mövqe kimi dəyərləndirilib və nümayəndə heyətləri tərəfindən dəstəklənib.

Ermənistan nümayəndələri isə yenə də heç bir fakta əsaslanmayan fikirlər səsləndirib. Onların çıxışları ciddi qarşılanmayıb.

Tarix
2016.07.01 / 20:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla